Əlaqə Arxiv
news Image
2014.07.23
11:53
| A A A
Həmsədrlər ATƏT-in baş katibliyini Qarabağ danışıqlarının gedişi barədə məlumatlandıracaqlar

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanaya yollanıb. Movqe.az-ın verdiyi xəbərə görə, bu barədə diplomatın "Tvitter" səhifəsində yerləşdirilən məlumatda bildirilir. C.Uorlikin Vyanaya səfərinin məqsədi Minsk qrupunun ofisini və ATƏT-in baş katibliyini Qarabağ danışıqlarının gedişatı barədə məlumatladırmaqdır.

"Bu gün ATƏT-in Minsk qrupu bəyanat verəcək. Bəyanatda zorakılığın artmasından narahatlıq ifadə olunacaq", - deyə o vurğulayıb. Xatırladaq ki, dünən Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri keçirilib.

Sizin Reklam Yeriniz