news Image
2012.07.09
14:18
| A A A
Hollandenin “erməni qanunu” vədi

Movqe.az xəbər verir ki, Fransa prezidenti Fransua Hollande Türkiyə və Fransa arasında ötən il böyük gərginliyə səbəb olan "erməni qanununun" yenidən gündəmə gələcəyi siqnalını verib.  Keçmiş prezident Nikola Sarkozi dövründə parlamentdən keçirilən və 1915-ci il  hadisələriylə əlaqədar erməni iddialarının rədd edilməsinin cinayət hesab edilməsini nəzərdə tutan qanun layihəsinin Hollande tərəfindən yenidən gündəmə gətiriləcəyi bildirilib. Fransa Prezident Sarayından Fransız Xəbər Agentliyinə edilən şərhə görə Hollande Fransa Erməni Dərnəkləri Koordinasiya Komitəsi səlahiyyətliləriylə telefon vasitəsi ilə etdiyi söhbətdə seçki kampaniyası dövründə verdiyi sözlərini tutaraq yeni bir qanun qəbul edəcəyini qeyd edib. Şərhdə Hollandenin yeni layihə hazırlaması ilə bağlı fikirdən imtina etmədiyi, sadecə yeni layihənin təkrarən Konstitusiya Şurası tərəfindən rədd edilməməsi üçün hazırlıq görüldüyü ifadə edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs