news Image
2012.07.09
16:41
| A A A
Əsəd: Türkiyə terroristlərə Kömək edir

Movqe.az xəbər verir ki, nadir hallarda Qərb televizyonlarına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd, Alman dövlət televiziyası olan ARD-yə repotajında Kofi Annanın hazırladığı sülh planının Türkiyə və Səudiyyə Ərəbistanı kimi "terroristlərə" kömək edən ölkələrdən ötrü maneə törədildiyini söyləyib.

Suriya Dövlət Başçısı Bəşər Əsəd, "silahlı terroristlər" kimi xarakterizə etdiyi müxaliflərin Türkiyə, Səudiyyə Ərəbistanı və Qatar tərəfindən dəstəkləndiyini qeyd edib.

Əsəd, Alman televiziya kanalı ARD-yə müsahibəsində Türkiyəni ağır günahlarda təqsirli bilib. Annan planının Türkiyə, Səudiyyə Ərəbistanı və Qatarın da aralarında olduğu ölkələr tərəfindən maneə törədildiyini bildirən Əsəd, "Bu ölkələr silah və pulla terroristlərə kömək edir"- deyib

Əsəd, müxaliflərə Səudiyyə Ərəbistanı və Qatarın silah, Türkiyənin də məntiqi dəstək təmin etdiyini irəli sürüb.

ABŞ SABİTLİYİ POZMAQ İSTƏYİR

Suriya liderinin şərhlərindən ABŞ da nəsibini aldı. ABŞ-ı da müxaliflərə siyasi dəstək verməkdə günahlandıran, Əsəd: "ABŞ-ın silahlı müxalifətə çətir olduğunu və ölkəsindəki sabitliyi pozmaq üçün şəbəkələrə dəstək verdiyini" - söyləyib.

Tural QABİLOĞLU     

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs