news Image
2012.04.09
11:51
| A A A
Valentina Matviyenko:“Ümidvarıq ki, Azərbaycanla ticarət dövriyyəsinin həcmi 3 milyard dolları keçəcək”
“Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq uğurla davam edir."

Ötən ilin yekunlarına görə, biz son illərin ən böyük ticarət dövriyyəsi həcminə nail olmuşuq. Bu rəqəm 2 milyard 800 milyon dollar təşkil edir. Bu il də ticarət dövriyyəsinin artım tempi pozitiv sayıla bilər. Ümidvarıq ki, 2012-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dolları keçəcək". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko verib. 

O Rusiya və Azərbaycanın mədəniyyət sahəsində də əməkdaşlıq etdiyini deyib: "Ötən il prezidentlərimizin patronajlığı ilə ilk dəfə keçirilmiş Beynəlxalq Humanitar Forum ənənəyə çevriləcək. Biz hər il belə forumlar keçirəcəyik, bu cür tədbirlər əlaqələrimizi və əməkdaşlığı dərinləşdirməyə imkan verir. Bu gün Bakı Slavyan Universitetində olacağam, qeyd etmək istəyirəm ki, təhsil sahəsində əməkdaşlıq sürətlə inkişaf edir. Hər iki ölkə arasında duran əsas məsələlərdən biri iqtisadiyyatı innovativ inkişafa, elmi texnologiyalara keçirməkdir, burada universitetlər mühüm rol oynayır. Moskva Dövlət Universitetinin Bakı filialı da çox böyük populyarlığa malikdir. Rusiyanın ali təhsil müəssisələrində çoxlu sayda azərbaycanlı tələbə təhsil alır. Bu, ölkələrimiz arasında canlı, real körpüdür. Çünki bu gün hər iki ölkənin rəhbərliyinin gördüyü işləri gənclərimiz davam etdirəcək. Buna görə də belə əlaqələri inkişaf etdirmək vacibdir". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs