Əlaqə Arxiv
news Image
2012.07.11
16:19
| A A A
Eldar Sabiroğlu: “Müdafiə Nazirliyinin bəzi idarə və xidmətlərinin mülkiləşdirilməsi barədə Azərbaycanın üzərinə öhdəlik qoyulmayıb”
"NATO-nun heç bir sənədində , o cümlədən Fərdi Tərəfdaşlıq Planının 3-cü mərhələsində Azərbaycanın üzərinə belə bir öhdəlik qoyulmayıb. Bu şayiələr haradan və necə ortaya çıxır, çox maraqlıdır". Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu mətbuatda FTP-nin 3-cü mərhələsində Müdafiə Nazirliyinin bəzi idarə və xidmətlərinin mülkiləşdirilməsi barədə Azərbaycanın üzərinə öhdəlik qoyulması haqda yayılan məlumatlara münasibət bildirərkən deyib. 

E. Sabiroğlu deyib ki, bu məlumatları uydurma hesab etdiklərindən üzərində dayanmaq istəmirlər: "Azərbaycan suveren dövlət olaraq bu məsələlərdə qərarı yalnız özü verir".
 
Sizin Reklam Yeriniz