Əlaqə Arxiv
news Image
2014.09.03
12:25
| A A A
Bakıda oteldə Ərdoğana xoş sürpriz (VİDEO)

Azərbaycana səfər edən Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda məşhur otellərdən birində gecələyib.

Movqe.az anspress-ə istinadən xəbər verir ki, gecə saatlarında otelə gələn Ərdoğan maraqlı mənzərə ilə qarşılaşıb.Belə ki, onu otelin girişində rəngarəng güllərlə bəzədilən və üzərində Azərbaycan-Türkiyə bayraqları olan gül çələngi ilə qarşılayıblar.Gül çələnginin üzərinə isə "Hörmətli Prezidentimiz, Xoş Gəldin" mesajı qeyd olunub.Qeyd edək ki, ötən gecə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Sizin Reklam Yeriniz