Əlaqə Arxiv
news Image
2014.09.05
08:23
| A A A
NATO Qarabağ məsələsində hələ də passivlik nümayiş etdirir
Zahid Oruc: “Qarabağ münaqişəsi kimi məsələlərin həll olunmaması bu gün Rusiya-Ukrayna konfliktinin, Gürcüstanın ərazi bütövlüyünün məlum durumda qalmasının və başqa belə problemlərin də başlıca səbəbidir”

Uelsin paytaxtı Kardiff şəhərində NATO-nun ənənəvi illik sammiti bu dəfə daha çox diqqət çəkir. Sammitin gündəliyində dayanan əsas məsələlər Ukrayna böhranı və İŞİD-in Suriya ilə İraqın ərazilərinin bir hissəsində yaratdığı qəddar "İslam xilafəti"dir. Tədbirin rəsmi gündəliyində yer almasa da Kardiffdə Qarabağ məsələsinə dair müzakirələrin olması da diqqət çəkir. Xatırladaq ki, 3 sentyabr tarixində Bakıda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, NATO sammitində Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək. Türkiyə Prezidenti əlavə edib ki, NATO sammitində bəzi ölkələrə verilən vədlər yerinə yetirildiyi kimi, Azərbaycana da verilən vədlərin yerinə yetirilməsi vacibdir: "Bu, Azərbaycanın haqqıdır və Azərbaycana verilən vədlər yerinə yetirilməlidir. Türkiyə olaraq bu məsələdə qərarlı olduğumuzu bir daha ifadə edəcəyik".

Ancaq siyasi şərhçilərin Qarabağ münaqişəsi ilə bağlı NATO-nun konkret nəsə edə biləcəyiən hələ ki, optimist yanaşmır. "Mövqe"yə açıqlama verən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc hesab edir ki, belə bir mötəbər tədbirdə Qarabağ məsələsinin gündəmə gətirilməsi dünyanın diqqətini Cənubi Qafqaza cəlb etmək üçün önəmlidir: "Bu, konfliktin həll olunmaması ona böyük və ya kiçik problem olaraq yanaşanların məntiqinin səhv olmasını göstərməyə təkan verir. Əgər belə olmasaydı, üzərində 20 ildən çox vaxt keçəndə daha böyük və dölətlərarası münaqişələr baş verməzdi. Qarabağ münaqişəsi kimi məsələlərin həll olunmaması bu gün Rusiya-Ukrayna konfliktinin, Gürcüstanın ərazi bütövlüyünün məlum durumda qalmasının və başqa belə problemlərin də başlıca səbəbidir. Zamanında bu problemə obyektiv beynəlxaq münasibət göstərilsə idi, bunu yaxşı nümunə kimi istifadə etmək mümkün olsrdı. İndi isə çox təəssüf ki, Qarabağ mənfi president rolunda çıxış edir.

Məsələnin başqa tərəfi R. T. Ərdoğanın bunu Türkiyənin prezidenti kimi ilk səfərində bəyan etməsidir. Həm də bu, onun işarəsidir ki, Türkiyə hakimiyyəti bizim ölkənin problemlərinə eyni dərəcədə həssaslıq göstərir. Bizim problem artıq Türkiyənin də xarici siyasətinin başlıca hədəfindədir. Belə olan təqdirdə bundan sonrakı dönəmdə də iki dövlətin xarici işlər məsələləri koordinasiya olunacaq. Amma NATO-nun hazırkı sammitinə Rusiyanı dəvət etməyərək məlum Ukrayna gündəmini ora başlıca mövzu kimi daxil edilməsi, bununla guya dünya dövlətlərinin koalisiyasını yaratmaqla, Rusiya əleyhinə iqtisadi sanksiyaların siyasi və hərbi addımlarla tamamlamaq cəhdləri göstərilir. Bunun reallaşmasına isə biz inanmırıq. Biz Ərdoğanın addımını yüksək qiymətləndiririk. Ancaq hazırki dönəmdə NATO çərçivəsində bu məsələlərlə bağlı həlledici qərarların olmayacağını indidən bilməliyik".

Politoloq Fərhad Mehtiyev də NATO-dan konkret yardımın olacağına inanmır: "Problemin səsləndirilməsi bu məsələni NATO dövlətlərinin diqqətinə çatdırmaqdan ibarət olacaq. Amma konkret addımlardan danışmaq mümkün deyil. NATO-nun yardımı hansı formada ola bilər ki?! Qərb Azərabaycana silah yardımı etmir. Münaqişə ilə bağlı həm Avropa Birliyi, həm də ABŞ-da Azərbaycana silah satışı ilə bağlı qadağa var. Ancaq bilirik ki, Qərb dövlətlərinin çoxu Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu baxımdan NATO sammitində problemi diqqətə çatdırmaq, bunu bir daha yada salmaq baxımından faydalı ola bilər. Bilirik ki, Ermənistana hansısa sanksiya tətbiq olunmayıb və olunmayacaq da. Yaxud Ermənistana başqa embarqolar da tətbiq edilməyəcək. Bu səbəbdən də NATO-dan konkret addımlar gözləmək çətin məsələdir".

Sizin Reklam Yeriniz