news Image
2012.07.15
10:07
| A A A
“İranda həbs olunmuş azərbaycanlı şairlərin tezliklə azadlığa buraxılacağını düşünürük”
“Təəssüf ki, Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, bu dövlətlər arasında münasibətləri korlamaq bəzi geosiyasi dairələrin, bəzi rəsmi və qeyri-rəsmi dairələrin maraqları çərçivəsindədir” ""Hesab edirik ki, İran və Azərbaycan arasında informasiya qarşıdurması və fərqli səviyyələrdə münasibətlərdə mövcud olan gərginlik aradan qalxmaqdadır. Bunun üçün həm İran tərəfinin, həm də Azərbaycan tərəfinin iradəsi ortadadır".APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.
Onun sözlərinə görə, münasibətlərin mövcud vəziyyətə gəlməsində bəzi anti-Azərbaycan və anti-İran dairələri mühüm rol oynayıblar: "Bu iki dövləti bir-birinə qarşı qoymaq, bir-birinin üzərinə istiqamətləndirmək və onların arasında münasibətləri korlamaq təəssüf ki, bəzi geosiyasi dairələrin, bəzi rəsmi və qeyri-rəsmi dairələrin maraqları çərçivəsindədir. Buna görə də İran dövlətinin xüsusi elçisinin Azərbaycana gəlişi və cənab Prezidentin xüsusi olaraq İrana dəvət edilməsi və bu dəvət ətrafında ünvanlanan məktubdakı çağırışlar düşünürük ki, bu dövlətin Azərbaycanla qarşıdurmadan çəkilmək meylini nümayiş etdirir. Əlbəttə bu qarşıdurma bu gün müxtəlif səviyyələrdə gedir, o cümlədən iki azərbaycanlı gəncin İranda həbsi Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaradıb. Düşünürük ki, yaxın zamanlarda bu gənclərin azad olunması baş tutacaq. Xarici İşlər Nazirliyi və digər dövlət qurumları beynəlxalq hüququn, o cümlədən İranla Azərbaycan arasındakı hüquqi normativ sənədlərin imkan verdiyi bütün vasitələrdən istifadə edirlər. Düşünürük ki, bu məsələ tezliklə öz həllini tapacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs