news Image
2014.09.17
15:48
| A A A
Prezidentin qızı ev dustağı oldu

Özbəkistan prezidentinin ev həbsində tutulan qızı Gülnarənin nəzarətdəki görüntüləri yayımlanıb.



Movqe.az xəbər verir ki, Özbəkistan Dövlət Başçısı İslam Kərimovun rejimi hədəf alan qızı Gülnarə Kərimovanın ev hənsindəki ilk fotoşəkilləri nümayiş olunub. 


Şəkillərdə, cangüdənlərlə mübahisə edən 42 yaşındakı Kərimova, yeddi aydır haqqındakı korrupsiya ittihamları səbəbiylə ev həbsində tutulur. 


İngilis şirkət, Kərimova və qızının paytaxt Daşkənddəki evdə siyasi səbəblərlə tutulduğunu iddia edərək, beynəlxalq təşkilatlardan kömək istəyib. 


Kerimova daha əvvəl BBC-yə məktub yazaraq, "Qızım və mən itlərdən betər rəftar görürük" demişdi. 


Özbək liderin qızı həmçinin İsveçli bir telekom şirkətindən lisenziya vermək üçün 300 milyon dollardan çox rüşvət almaqda təqsirləndirilir.