news Image
2012.07.15
19:43
| A A A
ATƏT PA-nın payız sessiyası Albaniyada keçiriləcək

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 2012-ci il payız sessiyası Albaniyanın paytaxtı Tirana şəhərində keçiriləcək. AzərTAc-ın verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın ATƏT-nin Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, ATƏT PA-nın qarşıdan gələn 2013-cü il qış sessiyası isə ənənəvi olduğu kimi, fevral ayının sonlarında Avstriyanın paytaxtı Vyana şəhərində reallaşdırılacaq. ATƏT PA-nın 2013-cü il yay sessiyasına gəlincə, bu sessiya qardaş Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Azərbaycan nümayəndə heyəti də tam tərkibdə həmin sessiyada, o cümlədən digər sessiyalarda iştirak edəcək, müzakirə olunan məsələlər barəsində fikir və təkliflərini səsləndirəcək. Bütün bu sessiyalarda yenə də Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması məsələsini qaldıracaq, torpaqlarımızın azad edilməsi üçün tədbirlər görülməsi tələb ediləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs