news Image
2012.04.09
18:01
| A A A
İranlı ayətullahdan təhlükəli anti-Azərbaycan çağırışı
«Azərbaycanın ruhaniləri gərək özlərini şəhadətə hazır etsinlər və xalqı da bu yolda özləri ilə birləşdirsinlər»

Dini təhsil dalınca Azərbayjandan xaricə üz tutanların sayı bu gün yüzlərlə ölçülür. Lakin təcrübə göstərir ki, çox vaxt dini təhsil üçün xaricə gedənlərin bir çoxu təsir altına düşür və onlar xarici ölkələrin çirkin məqsədləri üçün istfadə olunur. Bu xüsusda isə dini təhsil almaq üçün İrana üz tutan soydaşlarımızın bəzilərinin sonradan cənub qonşumuzun xüsusi xidmət orqanları tərəfindən Azərpbaycan əleyhiən isifadə edilmələriən dair halları xatırlmaq kifayətdir.

Təəssüf ki, bu hal indi də davam edir və bu məsələdə iranıl ayətullahlar da öz fəallıqları iəl seçilir. Bu haqdadanışmazdan öncə qeyd edək ki, yayılan müxtəlfi məlumatlara görə, bu gün İran İslam Respublikasında təxminən 5000-ə yaxın Azərbaycandan olan tələbə təhsil almaqdadır. Dəfələrlə mətbuatda da belə bir məsələ qaldırılıb ki, həmin tələbələrimiz İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olmaqla yanaşı, onların beyinləri molla rejimi tərəfindən cəfəng fikirlərlə doldurulur. Və tələbələrimizə təhsil əvəzinə antiazərbaycan təbliğatı təşviq olunur.

Qeyd edək ki, davamlı olaraq Azərbaycandan olan tələbələrlə iş aparan fars-molla rejimi onları müxtəlif tədbirlərə cəlb etməklə də öz iyrənc siyasətlərini yürütməkdədirlər. Belə bir tədbir bu günlərəd baş tutub və bu dəfə azərbaycanlı tələbələrin qarşısında çıxış edən Ayətullah Nuri Həmədani tələbələri açıq-aşkar Azərbaycan əleyhinə fəaliyyətə səsləyib. "Dia" portalı bildirir ki, Qum şəhərində təhsil alan bir sıra azərbaycanlı tələbələrlə görüşən Ayətullah Nuri Həmədani deyib: "İslamda heç bir dəstənin vəzifəsi alimlərin vəzifəsi qədər ağır deyil. Əlbəttə, alimlər üçün nəzərdə tutulmuş mükafat da bütün təbəqələrin əcrindən çoxdur. Dini mərkəzlər və ruhaniyyət qərbin İslama qarşı olan mədəni və siyasi nüfuzunun sərhədlərini tanımalıdır. Əlbəttə, ruhaniyyət bu günə kimi öz vəzifəsinə düzgün əməl etmişdir. Geniş və ağır hücumlar qarşısında İslamın sabitliyi bu məsələyə şahiddir. Azərbaycanın ruhaniləri gərək özlərini şəhadətə hazır etsinlər və xalqı da bu yolda özləri ilə birləşdirsinlər".

O, İran İslam İnqilabının qələbəsini xalqın dəstəyinin və inqilabçıların şəhdətə hazır olmalarının nəticəsi adlandıraraq deyib: "Misir, Liviya, Tunis və s. kimi dövlətlər xalq dəstəyi əvəzinə Amerika kimi ölkələrdən himayə olduqları üçün devrildilər. Azərbaycan ölkəsinin alimləri və ruhaniləri birliyin kənarında özlərini cihada və şəhadətə hazır etsinlər. İslam daim fədakarlıq və cihadla öz yolunu davam etmişdir. Gərək canınızı ovucunuza qoyub, zalımlarla mübarizəyə qalxasız. Mübarizə və cihadsız heç bir şeyə nail olmaq mümkün deyil".

Ekspertlər bütün bunları ölkəmizə qarşı növbəti ciddi təxribat kimi dyərləndirir. Onu da qeyd edək ki, xaricdə dini təhsil almağa gedən tələbələr qeyri-dövlət xətti ilə müxtəlif ölkələrə yollanırlar. Bu zaman müxtəlfi xarici fondlar bu məsələdə aktiv iştirak edirlər. Onların çoxu iəs xüsusi xzidmət orqanları iəl bağlı olur.

Ölkəmidə isə xaricdə dini təhsil alan tələblərlə bağlı dəfələrəl narahatlıqdolu fikirlər səsləndirilib. Məsələn biri müddət əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bu xüsusda qeyd edirdi: "Gənclərin zərərli təsirlərdən qorunması əsas strateji, prioritet istiqamətlərdəndir. Burada isə ilk növbədə, dini-mənəvi sahədə güclü maarifçilik işinin zəruriliyi ön plana çıxır. Din sahəsində milli kadrların azlığı əsas problemlərdən biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xeyli sayda gənc qeyri-dövlət xətti ilə xaricdə dini təhsilə cəlb olunub. Amma təəssüf ki, onların böyük əksəriyyəti təhsil aldıqları xarici ölkələrin ideologiyasının təəssübkeş və təbliğatçısına çevriliblər. Bu baxımdan, milli ideologiyamıza sadiq gənc, vətənpərvər kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdəndir". O bildirib ki, adət-ənənələrə çağdaş dünyanın reallıqlarını nəzərə alaraq yanaşmaq lazımdır: "Adət-ənənələrə müzakirələrə açıq dəyərlər sistemi kimi yanaşıldığı təqdirdə ictimai şüurun sağlam inkişafından söhbət gedə bilər. Tarixin sınaqlarından uğurla keçərək özünü doğruldub, günün reallıqları ilə ayaqlaşan, sosial münasibətlərə müsbət təsir göstərən və müəyyən dərəcədə ictimai münasibətləri tənzimləyən dəyərlərin qorunması, mənfi təzahürlərin isə tədricən aradan qaldırılması müasir cəmiyyət quruculuğu üçün zəruri amillərdəndir".

Ekspertlər bildirir ki, hazırda İranad təhsil alan azərbaycanlıtələbələri ölkəmiz əleyhiən istifaəd etməyə çalışan İran xüsusi xidmət orqanları və ayətullahlar Son illərdə ən açıq təhdidlərini qonşusu Azərbaycanın ünvanına səsləndirirlər. Rəsmi Tehran Azərbaycanı daim əsassız olaraq ABŞ-İsrail tandeminə yaxınlıqda ittiham edir. Tehran rejiminin iddiasına görə, Azərbaycan dünyanın super güclərinin dəstəyi ilə İran ərazisində yaşayan azərbaycanlılardan istifadə edərək bu ölkəni parçalaya bilər. Bütün bunlaar görə faktiki olaraq İran Azərbaycanı uzun illərdir təhdid edir. Bu səbəbdən İran Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini dəstəkləyib və indi də bu siyasətini davam etdirir. Ermənistan isə öz növbəsində BMT-nin İrana qarşı bütün sanskiyalarına qarşı çıxır.

Əsgər CAVADOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs