Əlaqə Arxiv
news Image
2014.09.24
17:45
| A A A
Kəmaləddin Heydərov memorandum imzaladı (FOTO)

FHN nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub.

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadla verdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 23-24 sentyabr 2014-cü il tarixində Çin Xalq Respublikasının mülki məsələlər üzrə naziri Li Liguonun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub.


Səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Milli Fəlakətlərin Azaldılması Mərkəzi və Mülki Müdafiə Cəmiyyətində olub. Nümayəndə heyətinə Çində mülki müdafiə işinin təşkili, fövqəladə halların qarşısının alınması sahəsində görülən işlər barədə geniş məlumat verilib.


Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Çin Xalq Respublikasının mülki məsələlər üzrə naziri Li Liguo ilə görüşü keçirilib.


Görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu haqqında ətraflı məlumat verib, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulanıb.


Öz növbəsində, Li Liguo Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu kontekstdə qarşılıqlı səfərlərin faydalı olacağını bildirib.


Görüşdən sonra "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.


Bundan başqa, səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti fövqəladə hallar zamanı istifadə olunan avadanlıqların istehsalı ilə məşğul olan bir sıra müəssisələrə səfər edib. 


Sizin Reklam Yeriniz