news Image
2014.10.04
12:00
| A A A
Pakistan mətbuatı Azərbaycanın birinci xanımının İslamabaddakı xeyriyyəçilik fəaliyyətindən yazır
Movqe.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevanın dəstəyi ilə İslamabad şəhərindəki Beyt-ul-Mal uşaq evində Qurban bayramı münasibətilə keçirilən tədbir Pakistan mediasında geniş işıqlandırılıb.

Pakistanın "Jang", "The Frontier Post", "The News", "Navai Vakt", "Daily Express", "Pakistan Observer", "Patriot", "Azkaar", "Pakistan in the World" , "Metro Watch", "Daily Jinnah", "Khabrian", "News com", "News Mart", "Sarkaar" qəzetlərində və informasiya agentliklərində, həmçinin "Dawn TV", "PTV", "JEOTV", "Dunya TV", "Samaa TV", "Express TV", "ARY", "Such TV" televiziya kanallarında bu tədbirlə bağlı urdu və ingilis dillərində materiallar və reportajlar yayılıb.

Bildirilir ki, İslamabad və Ravalpindi şəhərlərindəki 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş tədbirdə Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Azərbaycan səfliyinin əməkdaşları, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən qonaqlar Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara dəstək olması faktını onun humanistliyi, İslam dəyərlərinə sadiqliyi kimi qiymətləndiriblər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs