Əlaqə Arxiv
news Image
2012.07.17
22:39
| A A A
Polşanın xarici işlər naziri Azərbaycana səfəri başlayıb
Polşanın xarici işlər naziri Radoslav Sikorski Azərbaycana gəlib. APA-nın məlumatlına görə, səfər Azərbaycan və Polşa arasında diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunub. Polşa xarici siyasət idarəsinin rəhbəri səfər çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşlər zamanı Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Şərq Tərəfdaşlıq proqramın çərçivəsində əməkdaşlıq müzakirə olunacaq. Radoslav Sikorski həmçinin Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edəcək, İçərişəhərlə tanış olacaq.
Sizin Reklam Yeriniz