news Image
2014.10.11
07:18
| A A A
Qafqazda nüvə təhdidinin artdığı üzə çıxdı
Rusiyadan olan alimlər qrupunun "Metsamor" atom elektrik stansiyasında tədqiqi burada təhlükəsizlik baxımından böyük problemlər olduğunu aşkara çıxarıb

Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının (AES) köhnəlməsi, region, hətta avropa üçün böyük təhdid yaratması barədə məsələ dəfələrlə gündəmə gətrilib, ən müxtəfli beynəlxalq təşkilatlarda qaldırılıb. Lakin indiyə qədər bu təhlükənin aradan qaldırılması istiqamətində real addım atılmayıb. Son məlumatlar isə stansiyanın yaratdığı təhdidin miqyasının daha da artıdığını, onun potensial təhlükə mənbəyi olaraq qaldığını göstərir. Elə bu səbəbdəndir ki, stansiyada son təmir işləri yaranmış təhlükəni tam önləməyə imkan verməyib. Xatırladaq ki, bir neçə ay əvvəl təmirə dayanan stansiyada müvafiq işlər sentyabrın 27-də başa çatmalı idi. Lakin sonradan təmirin 46 gün uzadılması barədə qərar qəbulolunub. Erməni mətbuatı azır ki, böyük ehtimalla, AES işini 2014-15-ci illərin qış mövsümündə tamamilə dayandıracaq. Ermənistan Energetika Nazirliyinin rəhbərliyinin sözlərindən də bunu anlamaq olar. Nazir Yervand Zakaryanın sözlərinə görə, Rusiyadan AES-i tədqiq etmək üçün gəlmiş alimlər qrupu gözlənilməz problemlər aşkar edib. Erməni şərhçi Akop Badalyan bununla bağlı bildirib: "Nazir başqa problemlərin çıxmayacağına ümid etdiyini bildirdi. Amma belə görünür ki, problemlər var və nazir, sadəcə, ictimaiyyəti bu xəbərə hazırlayır". Şərhçinin fikrincə, rus mütəxəsislər gözlənilməz problemlər aşkar etməklə əslində AES-in işini tam dayandırmaq istəyirlər: "Burada söhbət yalnız indiki AES-in işinin dayandırılmasından deyil, həm də Moskva tərəfindən AES-in yeni bloklarının tikilməsi qərarının rədd edilməsindən gedir".

hesab edilir ki, stansiyanı tədqiq etmək üçün Rusiyadan gəlmiş alimlər qrupu ciddi problemlər aşkar etdiklərindən təmir işlərinin uzadılmasını zərui sayıblar. Lakin məsələ bundadır ki, stansiyanın tam təmiri üçün Ermənistanın maliyy vəsaiti yoxdur. Bu şəraitdə isə stansiyanın istismara verilməsi onun yaratdığı təhlükənin miqyasını artırır. Xatırladaq ki, 2001-ci ildən bəri dəfələrlə müxtəlif beynəlxalq qurumlarda tam köhnəlmiş texnologiyalarla işləyən, bir neçə dəfə qəzaya uğramış, üstəlik seysmoaktiv zonada yerləşən "Metsamor" atom elektrik stansiyasinin fəaliyyətinin dayandırılması barədə məsələ qaldırılıb. Son dövrlərdə isə bölgədə zəlzələlərin artması fonunda "Metsamor"da dəhşətli qəzanın baş verməsi ehtimalı mütəxəssislərin qənaətinə görə qaçılmazdır. Qəzanın baş verəcəyi təqdirdə isə yalnız Ermənistan özü, Gürcüstan, Azərbaycan, Türkiyə və digər qonşular deyil, bir sıra başqa Avropa ölkələrində milyonlarla insan da bu nüvə faciəsinin qurbanına çevrilə bilər. Bu səbəbdən stansiyanın dərhal fəaliyyətinin dayandırılması zəruri sayılır.

Göründüyü kimi, 1979-cu ildən fəaliyyətə başlamış AES böyük bir region üçün ciddi təhdid mənbəyi olaraq qalır. Qeyd edək ki, yüksək seysmik zonada yerləşən, köhnəlmiş və olduqca təhlükəli texnologiyaya əsaslanan bu AES 1986-cı il Çernobıl qəzası və 1988-ci il Spitak zəlzələsindən sonra bağlansa da, 1993-cü ildə fəaliyyətini yenidən bərpa etdi, 1995-ci ilin noyabr ayında isə tam gücü ilə işləməyə başladı.Mövcud narahatlığı aradan qaldırmaq və bu AES-i bağlamaq əvəzinə, Ermənistan Metsamorun fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib. Onu da bildirək ki, "Metsamor" atom elektrik stansiyası 9 ballıq seysmik zonada tikilsə də, həmin reaktorun seysmik dayanıqlığı 8 ballıq zəlzələyə hesablanıb. Buna görə də həmin ərazidə 9 ballıq zəlzələ baş verərsə, "Metsamor" buna dözməyəcək. Xatırladaq ki, Azərbaycan dəfələrlə "Metsamor" AES-in seysmik təhlükəsizliyinin yoxlanılmasını tələb edib. Ancaq bunun həyata keçirilməsi hələ də mümkün olmayıb. Çünki Ermənistan bu yoxlamanın aparılmasını istəmir. Onu da bildirək ki, "Metsamor" keçmiş SSRİ-nin seysmik zonada tikdiyi ilk reaktordur. Layihələndirmə zamanı reaktorun 25 il istifadə edilməsi nəzərdə tutulsa da, artıq 35 ildir istifadə edilir. Ermənistan Milli Konqresinin üzvü, sabiq baş nazir Hrant Baqratyan da bundan əvvəl "Metsamor"un normal fəaliyyət göstərmək qabiliyyətinin zəif olduğunu, onun reaktorlarının metallarının aşınmasını, günlərin birində ölkəsinin Çernobıldan daha artıq fəlakətlə üzləşəcəyini vurğulayıb.

Ölkəmiz üçün stansiyanın yaratdıığ təhlükə bununal sovuşmur. Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi həmin torpaqlarda radioaktiv materialların daşınması və qanunsuz saxlanılmasına şərait yaradır. Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov də bu günlərdə bildirib.ki, Azərbaycan bütün iri beynəlxalq tədbirlərdə bu məsələni qaldırır: "Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının köhnəlməsi və olduqca təhlükəli zonada yerləşməsi də daim dünya ictimaiyyətinin diqqətinə çatdırılır".

V.Hüseynov qeyd edib ki, bu, Azərbaycan və bütün region üçün təhlükə törədir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs