news Image
2014.10.14
07:54
| A A A
Radikal müxalifət İŞİD-in ruporu rolunda
Elşən Musayev: “Azərbaycan radikal müxalifəti hakimiyyətə gəlmək üçün hətta şeytanla da saziş bağlamağa hazırdır” Fərəc Quliyev: “Yəqin ki, artıq görüntüləri İŞİD rəhbərliyi görüb”

Araz Əlizadə: "Meydanda olan müxalifətçilər göstərdilər ki, heç də İŞİD-dən geri qalmırlar"



Radikal müxalifət bunu da etdi. Milli Şuranın sonuncu mitinqində hazırda dünyanı xüsusi qətliamları ilə lərzəyə salan İŞİD bayrağı dalğalandı. Düzdür, müxalifət iddia edir ki, bayrağı qaldıran şəxslərdən xəbərləri yoxdur. Ancaq təbii ki, son qərarı hüquq-mühafizə orqanları verəcək. Elə bayraq qaldıran şəxslərdən biri Ramil Quliyev də məntiqsiz açıqlama verib. O bildirib ki, stadionda mitinqi izləyən zaman tanımadığım bir şəxs ona bir bayraq verib və dedi ki, bunu dalğalandır: "Mən heç nə başa düşmədim və bayrağı açanda üstümə hücum çəkildiyini gördüm". Halbuki, onun İŞİD bayrağını tanımaması fikirləri inandırıcı görünmür. Birincisi, bu gün İŞİD haqqında xəbərlər dünya mediasında ilk yerlərdən birini tutur. İkincisi və ən əsası isə Ramil Quliyevin özü vəhhabi cərəyanının təmsilçisidir. Bunun üçün onun "Facebook" profilinə nəzər salmaq yetərlidir.

Mitinqin digər diqqət çəkən məqamı radikalların saylarının bir qədər də azalmasıdır. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mitinqdə 900 nəfərədək insanın iştirak etdiyini açıqladı. Bundan başqa, ən yaxın tərəfdaşları olan Müsavat başqanı Arif Hacılı, sabiq başqan İsa Qəmbər aksiyaya qatılsalar da, onlara söz verilmədi. KXCP sədri Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu və müavinləri isə heç mitinqə gəlmədilər.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirdi ki, mitinqdə şüar "azadlıq" olsa da, meydan ən çox dindarlara verilmişdi: "Biz həmişə demişik, Azərbaycan radikal müxalifəti hakimiyyətə gəlmək üçün hətta şeytanla da saziş bağlamağa hazırdır. Yətər ki, bu iqtidar devrilsin. Bu kontekstdən yanaşsaq, özləri kimi radikal dindarlarla da hər an ittifaqa girməyə hazırdırlar. Bayrağın özlərinin təşəbbüsü olması istisna deyil. Bayrağı da onların bir təəsübkeşi gətirə bilər ki, radikal islamçıları özlərinə cəlb edə bilsinlər. Bütün hallarda istisna deyil. Çünki, bu mitinqi təşkil edənlərin başında Azərbaycan dövlətinə qarşı duran adamlar dayanır. Onlar da milli maraqları istənilən formada satmaq iqtidarında olan insanlar olublar. Bəllidir ki, onların İslama xüsusi marağı yoxdur. Ancaq məqsədləri üçün hətta nifrət etdikləri insanlarla ittifaqa girərlər. Yetər ki, iqtidara hansısa problem yaratsınlar".

Politoloq qeyd etdi ki, mitinqdə müxaliflərdən çox radikal dindarlar var idi: "Kimin gətirdiyi bilinməsə də, müxalifətin mitinqində İŞİD-in bayrağının qaldırılması faktdır. Lokal formada da olsa, İŞİD təbliğatı getdi. Azərbaycan müxalifəti budur. Bu gün onların içində ziyalı qalmayıb. Onların tərkibi hamısı fanat və radikallardır. Lakin İŞİD bayrağının Azərbaycan radikal müxalifətinin mitinqində görünməsi çox da təəccüblü hal deyil. Çünki, onlardan ağlagəlməz hər şey gözləmək olar".

Partiya sədri mitinqdəki insan sayına da toxundu. Bildirdi ki, bu "facebook" üzərində qurulan siyasət deyil: "Ancaq kompüterin qabağında oturub, mitinq təşkil edənlərə bu say da çoxdur. Bu gün cəmiyyətdə bir az nüfuzu olan insan öz övladının xeyir işinə müxalifətin mitinqindəki insanlarından daha çox adam toplayır. Yəni, müxalifətin 20 illik fəaliyyətinin bəhrəsi budur. Görürük ki, get-gedə azalma var. Çünki, daxillərində bir-biri ilə yol getmirlər. Keçən il bu vaxtı prezident seçkiləri idi. O vaxt Cəmil Həsənlinin yanında İsa Qəmbər, Əli Kərimli görünürdü. Amma bu gün kim var idi? Ora çıxanların əksəriyyəti "facebook"un küyünə gedən kütlələr idi. Yəni, onların bütün siyasəti "facebook" sosial şəbəkəsi çərçivəsində həll edilir. Həmçinin, artıq partiyalardan ayrılmalar başlayıb. Gec də olsa, fanat yuxusundan ayılıblar. Ona görə də bunlardan çəkinmək lazım deyil Çünki, günü-gündən sosial bazaları azalır".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, hansı səbəbdən olursa-olsun, İŞİD bayrağı orada dağlandı: "Belə hadisə baş veribsə, o deməkdir ki, hansısa tədbir keçirilən zaman ölkədə destabilizasiya yaratmaq istəyən bütün maraqlı qüvvələr nəzərə alınmalıdır. Yersiz belə toplantılar həmin qüvvələrin fəallaşmasına meydan aça bilər. Ona görə də bu tip tədbirlərin keçirilməsi normal deyil. Əgər belə bir tədbir keçirilsə, mitinq təşkilatçıları bütün insanları yoxlamalı, kimləri çağdıqlarını bilməlidirlər. Heç düşünmədilərmi ki, bu bayrağın dalğalanması kənardan ölkəmiz haqqında hansı fikirlər yaratdı? Bu şəxslər arasında əlaqə ola bilər. Onlar orada iştirak etməklə nə isə mesaj verə bilərlər. Yəqin ki, artıq görüntüləri İŞİD rəhbərliyi görüb".

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə fikirlərinə poetik başladı: "Su axar, çuxurunu tapar!. Meydanda olan müxalifətçilər göstərdilər ki, heç də İŞİD-dən geri qalmırlar. İŞİD də faşistdir, bizimkilər də. İŞİD İslam faşistləri, bunlar da millətçi faşistlərdir. Ancaq həmin şəxslərə qarşı hansısa tədbir görməyə lüzum yoxdur. Cavabını elə camaat verib. Mitinqə nə qədər adam gəldiyini gördük. Bu, ondan qaynaqlanır ki, artıq onlara heç kəs inanmır. Artıq tarixin zibilliyindədirlər və elə orada da qalacaqlar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs