Əlaqə Arxiv
news Image
2012.07.19
15:28
| A A A
Hindistan yeni prezidentini seçir

Movqe.az xəbər verir ki, Hindistan parlamentində bu gün yeni prezident seçilir. Yeni Dehli Parlamentin alt və üst qolunun 776 üzvü, əyalət parlamentlərində 4 min 120 millət vəkilinin iqtidardakı Konqres Partiyasının namizədi, köhnə maliyyə naziri Pranab Muherjinin favorit göstərildiyi seçkidə səs verməsi gözlənilir. Nəticələri bazar günü açıqlanacağı gözlənilən seçki üçün 76 yaşındakı Muherji iyunda nazirlik vəzifəsini tərk etmişdi. Koalisiyadakı bütün partiyalar çox saylı sol meylli və kiçik partiyalar da Muherjiyi dəstəkləyəcəyini açıqlamışdı.Ölkənin ilk qadın prezidenti Prathiba Patilin nəticələr açıqlandıqdan iki gün sonra vəzifəsini təhvil verməsi gözlənilir. Hindistanda prezident parlamentin iki qolunun üzvləri, əyalət parlamentlərində gələn nümayəndələr tərəfindən beş illik seçilir.

 

Sizin Reklam Yeriniz