news Image
2014.10.25
07:17
| A A A
Radikal müxalifətə sifariş yenə xaricdən verilir
Elşən Musayev: “Radikal müxalifətin səsi çıxırsa, adekvat olaraq düşünmək lazımdır ki, onlara xaricdən yeni qrantlar buraxılıb” Tahir Kərimli: “Radikal müxalifəti qeyri-hökumət təşkilatları vasitəsilə maliyyələşdirirlər ki, onlar xaricə məlumat daşımaq funksiyasını icra etsinlər”

AXCP sıralarından istefa verən sabiq müşavir Şakir Abbasov son açıqlamasında bildirib ki, Əli Kərimli və rəhbəri olduğu partiya kənardan idarə olunur. İstefası və bu fonda ona edilən hücumlar fonunda durumu dəyərləndirərkən o qeyd edib: "Bu baş verənlər sübut etdi ki, başda Əli Kərimli olmaqla AXCP kənardan idarə olunur, daxildən idarə olunmur".

Xatırlatmaq yerinə düşərdi ki, dəfələrlə mətbuatda bu və ya digər siyasilər, ekspertlər tərəfindən radikal müxalifətin kənardan idarə olunduğu, maliyyə dəstəyi aldığı barədə fikirlər səslənib. İndi isə sabiq cəbhəçinin dilindən bu məqamlar etiraf olunur.

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirdi ki, Şakir Abbasovun AXCP-nin kənardan idarə olunduğu barədə söylədiyi fikirlərdə heyrətamiz bir şey axtarmağına dəyməz: "Ona görə ki, artıq siyasətlə məşğul olmayan adamlar da bilir ki, radikal müxalifət kənardan idarə olunur. Bu, bizim ehtimallarımız, abstrakt qənaətimiz deyil. Ortada olan işartılar, sübutlar, gedən proseslərdən gəldiyimiz nəticədir. Ən sadə insanların düşündüyü fikirləri deyək: radikal müxalifət liderləri və funksionerləri 20 ildir ki, heç bir yerdə işləmir. Amma hamımızdan gözəl həyat şəraitləri var, bahalı maşınlarda gəzir, ətraflarında da 10-20 nəfər mühafizəçisi ilə. İşçilərinə ştatlı maaş da verir, minimum min manat məbləğində. Bu pullar hardan gəlir? Özlərinin dediyinə görə, biznesləri də yoxdur. Deməli, onların birinci maliyyə mənbəyi həmişə qrantlar olub. Onu heç araşdırmağa da dəyməz. Həmin qrantları ayıran beynəlxalq təşkilatlar da bir başqa formada bunların əli ilə pul yuyublar. Deməli, radikal müxalifət beynəlxalq təşkilat və QHT-dən, ikincilər də müxtəlif ölkələrdəki daha iri təşkilatlardan qrant alır. Təbii ki, başqa ölkənin marağı Azərbaycana heç nə verə bilməz. Ölkəmizdəki radikal müxalifəti maliyyələşdirən həmin xarici təşkilatların bir məqsədi var, o da öz maraqlarını Azərbaycana diqtə etməkdir. Onların diqtə etdiyi maraqlar isə heç zaman Azərbaycan dövlətçiliyinə sərf etməz. Bu xarici təşkilatlar niyə təmiz siyasətçilər, əqidəli, dövlətçiliyə bağlı insanlarla işləmir? Onlar özləri kimi olanları, Əli Kərimli və onun formatında olan insanları tapırlar. İnandırım sizi, oradan təlimat gəlməyincə, radikal müxalifət heç mitinq də etmir. Ümumiyyətlə, radikal müxalifətin səsi çıxırsa, adekvat olaraq düşünmək lazımdır ki, onlara o tərəfdən qrantlar buraxıldı. Bu cür siyasətçilər, dövlətin maraqlarını satmağa cəhd edənlər, fəqət nəticədə heç nəyə nail olmayanlar Azərbaycanın faciəsidir".

Vəhdət Partiyasının sədri Tahir Kərimlinin fikrincə, radikal müxalifət xaricdən idarə olunmaqla, onların əlində alət rolunda çıxış edirlər: "Məlumdur ki, Azərbaycanda konstitusion sistem çoxpartiyalılığı nəzərdə tutur. Yəni, iqtidarla yanaşı, müxalifət partiyaları da olmalıdır. Eyni zamanda, şübhəsiz ki, bundan "yararlanaraq" Azərbaycana təzyiq etmək istəyən xarici təşkilat və dövlətlər də var. Bu əsasda da onlar hər vasitə ilə müxalifəti radikal ideologiya ilə silahlandırır. Habelə, qeyri-hökumət təşkilatları vasitəsilə maliyyələşdirirlər ki, onlar xaricə məlumat daşımaq funksiyasını icra etsinlər. İkinci bir tərəfdən, xarici qurumlar müxalifəti təşkilatı cəhətdən möhkəmləndirməklə, onlara iqtidara təzyiq mexanizmi kimi baxırlar. Bunu etməklə də çalışırlar ki, nəticə etibarı ilə Azərbaycan dövlətinə beynəlxalq arenada təsir etmək, ölkəmizin çıxış etdiyi haqlı iddialarına sipər çəkmək imkanları olsun. Müxalifət hazırda özünün sosial bazasını hədsiz dərəcədə itirib. Onlar 20 il ərzində hakimiyyətə gələ bilmədiyinə görə, elektoratını tamamilə itirmiş bir vəziyyətdədir. Müxalifət belə olan təqdirdə, özünün zəifləməsini kompensasiya etmək üçün siyasi məhbus məsələsini gündəmə gətirməklə ondan faydalanmağa çalışdı. Amma yenə də istədikləri nəticə alınmadı. Lakin bununla belə, radikal müxalifət həvəsdən düşmür, çünki, xarici aləm onları hər cəhətdən həvəsləndirir. Xaricilərə belə alət lazımdır. Radikal müxalifət də könüllü olaraq bu alət rolunda çıxış edir. Onlar ən azından Türkiyədən özlərinə nümunə götürməlidirlər. Burada milli məsələdə müxalifət heç zaman xaricə şikayət etmir, öz problemlərini daxildə həll edirlər. Azərbaycanda isə təəssüf ki, belə deyil".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs