Əlaqə Arxiv
news Image
2014.10.30
09:00
| A A A
AXCP və Müsavat radikal müxalif düşərgədə əsas qüvvə statusunu itirir
Partiyalardan son isetfalar bu müxalif qüvvələrin sosial bazasını daha zəif hala gətirir

Bu gedişlə bələdiyyə seçkilərinə qədər radikal müxalifətdə adam qalmayacaq. İndi də AXCP-nin Sumqayıt şəhər şöbəsinin 52 üzvü istefa verməsi barədə bəyanat yayıb. Bəyanatda istefa səbəbi kimi şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniya göstərilib.

Şöbəyə İsa Qurbanovun sədr seçilməsindən sonra yeni sədrlə sabiq sədr arasında narazılığın yarandığı deyilir. Şöbənin Kəmaləddin Rəhimovdan əvvəlki sədri Mahir Qulubəyli partiya daxilində qarşıdurma yaratmaqda ittiham olunur:

"Maddi maraqlarına görə bəzi gənclər Kəmaləddin Rəhimov barəsində şərəfsizcəsinə şayiələr yaydılar. Savadlı insanlar sıxışdırıldı. AXCP rəhbərliyinə nizamnamə pozuntuları və qruplaşmalar barədə məlumat verilsə də, araşdırma aparmaq əvəzinə, "süni" konfrans keçirildi, hakimiyyətin "yaxın dostu" İsa Qurbanov bir həftə ərzində AXCP-yə üzv qəbul edildi və şəhər şöbəsinə sədr seçildi. Bu hadisələr zamanı baş verənləri hələlik açıqlamaq istəmirik. Son bir ildə savadsızlıqları ilə şəhərdə ad qazanmış 5-6 nəfər bizi bu qərarı verməyə vadar etdi. Təəssüflə qeyd edirik ki, son günlər baş verənlərlə bağlı AXCP rəhbərliyinə məlumat verilsə də, bunlara "dur" deyən olmadı. Ona görə də, bu təşkilatda üzv qalmağı özümüzə utanc görərək, istefa verdiyimizi bəyan edirik",

Bundan əvvəl isə belə kütləvi istefa Müsavat Partiyasının Tovuz rayon təşkilatında olmuşdu. Həmin vaxt partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə partiyadan istefa verdilər. Hər ikisində də səbəb partiyadaxili ədalətsizlik göstərirlir. Bunlardan başqa, fərdi qaydada da istefa verənlərin sayı kifayət qədərdir. Tendensiyanın davamı tam gözləniləndir. Bu, müxalif düşərgənin növbəti ən yaxın seçkidə də ciddi şəkildə uduzacağına indidən işarədir. Hətta baş verənlər AXCP və Müsavatın artıq radikal müxalif düşərgədə əsas qüvvə statusundan məhrum olacağını da deməyə əsas verir.

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, bu, radikal müxalifətin, xüsusi ilə də Müsavat və AXCP-nin tamamilə iflasa uğradığını onu göstərir: "Azərbaycan hərtərəfli inkişaf etdikcə müxalifətdə olan insanlar da bunu görür. Onlar da reallığı qəbul etmək məcburiyyətində qalaraq müxalifət cəbhəsindən uzaqlaşırlar. Ən əsası isə, həmin partiyaların sədrlərinin məkrli niyyətlərindən əl çəkməmələri, inkişafı görməmələri burada rol oynayır. Bu, onların siyasi iflasa uğramalarının bariz nümunəsidir".

Aydın Hüseynov bildirdi ki, artıq bələdiyyə seçkiləri ilə əlaqədar YAP bütün işlərə hazırdır: "Onların isə yerlərdə verməyə heç namizədləri belə yoxdur. Konkret Müsavat və AXCP-yə gəlincə, bu tendensiya onları tək ana müxalifətdən yox, ümumiyyətlə, siyasi proseslərdən siləcək. Ancaq həmişəki kimi seçki ərəfəsində hay-küy salmaları gözləniləndir. Özlərinin namizəd çatışmazlığını isə bir problem kimi görmürlər".

Demokratik Sol Partiyasının sədri Elşən Manafovun fikrincə, sözügedən qopmalar, AXCP və Müsavat Partiyalarının siyasətlərinin elektorat tərəfindən qəbul olunmamasıdır: "Bu, həm də adıçəkilən partiyaların siyasi reytinqinin əhəmiyyətli şəkildə aşağı düşməsi ilə bağlıdır. Hər hər iki partiyanın, xüsusi ilə AXCP-nin Milli Şura ilə bərabər 12 oktyabr mitinqi göstərdi ki, onların sosial bazası yox səviyyədədir. Partiyadan olan qopmalar hakimiyyətin həyata keçirdiyi sosial-iqtisadi siyasi kursun xalq tərəfindən dəstəklənməsi, bunun müqabilində radikal müxalifətin siyasi kursunun əhali tərəfindən qəbul edilməməsi ilə bağlıdır. Müsavata gəlincə, iqtidarı ittiham etməkdənsə, son qurultayı göstərdi ki, özünün partiyadaxili seçkilərin öhdəsindən gələ bilmədi. İlk baxışda İsa Qəmbər Müsavatın idarəçiliyindən kənara keçib. Halbuki, keçiriləcək prezident seçkilərində Müsavatın əsas namizədi olaraq qalıb. Bu, onu göstərir ki, ayrı-ayrı siyasi partiyaların idarəçiliyində dayanan şəxslər özlərinin kooperativ maraqlarından çıxış edərək xaricdəki donor təşkilatlarla münasibətləri kəsəməmək, qrant almaq, şəxsi maraqlarını təmin etmək naminə bu partiyaların rəhbərliyinə fərqli düşüncəyə malik, xüsusi ilə gənclərin gəlməsinin qarşısını alırlar. Bu halda müxalifətin hakimiyyətin ünvanına söylədiyi ittihamların heç bir real məntiqi yoxdur. Bu müxalət uzun illərdir, hakimiyyətə müxalif olub, əslində, ölkədə heç nəyi dəyişə bilmədi. Bunun əsas səbəbi hakimiyyətin həyata keçirdiyi sosial-iqtisadi siyasi kursun əhali tərəfindən dəstəklənməsidir. Azərbaycan iqtisadiyyyatının Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni təşkil etməsidir. Əhalinin maddi güzəranının yaxşılaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi siyasətdir.

Azərbaycanda stabilliyin pozulmasında maraqlı olan institutlar Azərbaycandakı "5-ci kolon"dan istifadə etməyə çalışıb. "5-ci kolon" timsalında isə Azərbaycanın radikal müxalifəti çıxış edir. Ancaq bu müxalifətə seçkilərdə etimad yoxdur. Müxalifətdə olan qopmalar da bu mənada aydındır. Bu müxalifətin ölkədə milli dövlət quruculuğunda, nə təhlükəsizlik, nə də sosial –iqtisadi vəziyyətlə bağlı alternativ planları yoxdur. Belə müxalifət ölkənin siyasi sistemini uçuruma aparır. Bu baxımdan müxalifət yenilənməlidir. İqtidarla konstruktiv danışıqlar aparan qüvvələr gəlməlidir. Bu müxalifət hakimiyyətlə mübarizəsini idealaoji prinsiplər üzərində qurmur. Bütün bunların fonunda xalq tərəfindən müxalifətə olan inamsızlıq anlaşılandır".

Sizin Reklam Yeriniz