“İranla müharibə ABŞ iqtisadiyyatını çökdürə bilər”
“Mövcud vəziyyətdə Orta Şərqdə müharibə illərlə davam edəcək”
"İrana hərbi müdaxilə ABŞ iqtisadiyyatının
çökməsinə səbəb ola bilər". APA-nın "Fars" xəbər agentliyinə istinadən
məlumatına görə, bu fikirləri ABŞ prezidentinin milli təhlükəsizlik
məsələləri üzrə keçmiş müşaviri Zbiqnev Bzejinski bildirib.
Onun sözlərinə görə, mövcud vəziyyətdə Orta Şərqdə müharibə illərlə davam edəcək. Z. Bzejinski əlavə edib ki, İranın Hörmüz boğazını bağlaması və hər cür hərbi qarşıdurma dünya bazarlarında neftin qiymətlərini yüksəldəcək: "Belə bir vəziyyətdə ABŞ vətəndaşları hər qallon benzin üçün əlavə 5-10 dollar ödəməli olacaqlar".