Əlaqə Arxiv
news Image
2012.04.11
12:31
| A A A
Bakıdan Tiflisə daha bir dəstək
Azərbaycan Gürcüstanın Cənubi Osetiya regionunda keçirilmiş “prezident seçkiləri”ni tanımadığını bəyan etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Cənubi Osetiya regionunda keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımır. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib. O deyib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır və münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır. Xatırladaq ki, aprelin 8-də Cənubi Osetiyada "prezident seçkiləri"nin ikinci turu baş tutub. Seçkilərdə regionun DTK-nın keçmiş rəhbəri Leonid Tibilov qalib gəlib.


Sizin Reklam Yeriniz