news Image
2012.07.22
18:19
| A A A
“İran Ermənistanla əlaqələri inkişaf etdirmək üçün heç bir şeydən çəkinmir”
Ermənistanın baş naziri Tiqran Sərkisyan İranın bu ölkədəki yeni səfiri Məhəmməd Rəisi ilə görüşüb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, görüşdə İranla Ermənistan arasında elektrik enerjisinin mübadiləsi, neft və neft məhsullarının ötürülməsini təmin edəcək boru xəttinin inşası və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
T. Sərkisyan bildirib ki, Ermənistan İranla əlaqələrə böyük əhəmiyyət verir və Tehranla hər sahədə münasibətləri inkişaf etdirmək istəyir. Ermənistanın baş naziri deyib ki, İranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyini təqdir edirlər: "Tehranın problemin həll olunması üçün səyləri bölgədə stabilliyin güclənməsinə vəsilə olacaq".
M. Rəisi isə İranın Ermənistanla əlaqələri inkişaf etdirmək üçün heç bir şeydən çəkinmədiyini vurğulayıb. Səfir bildirib ki, iki ölkə arasındakı əlaqələrin hər sahədə inkişafı üçün İran hər cür əməkdaşlığa açıqdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs