Əlaqə Arxiv
news Image
2012.07.23
14:19
| A A A
“Kola yerinə meyvə şirəsi Uvita için”
Venesuela lideri Huqo Çavez, xalqa kola kimi qazlı içkilər yerinə, dövlətin işlətdiyi şirkətin istehsalı olan meyvə şirəsi “Uvita”nı içmələrini məsləhət görüb.

Movqe.Az xəbər verir ki, Venesuela prezidenti Huqo Çavez seçki kampaniyasında çıxışı zamanı xalqın Venesuela məhsullarının istehlakını artırmağın bir yolu kimi xarici şirkətlərin çıxardığı şəkərli soyuq içkilər yerinə, dövlətin idarə etdiyi "Corpozulia" şirkətinin çıxardığı üzüm suyu olan ''Uvita''nı istifadə etməsinin lazım olduğunu söyləyib.

Venesuelanın sosialist liderinin televiziyada nümayiş olunan nitqlərində tez-tez dəstəkçilərinə sağlam qidalar istehlak etmələri, idman etmələri, spirt və narkotikdən uzaq dayanmaları çağırışları da var. Cənub Amerika ölkəsi, xalqın istehlak etdiyi yemək və içkilərin böyük hissəsini idxal edir.

"RƏQİBİM ROMNEYƏ BƏNZƏYİR"

Çavez xüsusən ABŞ-da prezident seçkilərinin Respublikaçı namizədi Mitt Romneylə özünün rəqibi Henriqi Kaprilesin eyni gündəmə sahib olduqlarını söyləyib.

Həm Romney həm də Kaprilesin kapitalist elitasını təmsil etdiyini ifadə edən Çavez, Kaprilesin Venesuelalıları yoxsulluğa əhəmiyyət verdiyi yalanına inandırmağa çalışdığını və 13 illik iqtidarına damğasını vuran ictimai proqramları ortadan qaldıracağını deyib. Çavezin seçkidəki rəqibi Henriqi Kapriles isə bu iddiaları rədd edir.

Sizin Reklam Yeriniz