news Image
2012.07.23
14:03
| A A A
Obama 12 nəfər insanın öldürüldüyü əyalətə ziyarət etdi
Movqe.Az bildirir ki, ABŞ prezidenti Barak Obama silahlı təcavüzkarın kino salonunda "Batman" filminin nümayişi zamanı tamaşaçıların üzərinə atəş açaraq 12 adamı öldürdüyü ABŞ-ın Kolorado əyalətini ziyarət edib.

"Buckley" bazasında Kolorado qubernatoru Con Hikenlooper, "Aurora" Bələdiyyə başçısı Stiv Hoqan və Baş polis məmuru Dan Oates tərəfindən qarşılanan Obama hücumda yaralanan 23 adamın müalicə aldığı Kolorado Universitetinin xəstəxanasına da ziyarət edib.

Obama, qurbanların ailələrinə "bütün Amerika və dünyanın böyük hissəsinin onları düşündüyünü" söyləyib.

ABŞ prezidenti Barak Obama Kolorado səfərindən sonra seçki kampaniyası çərçivəsində San Fransiskoya getmək üzrə yola çıxıb.

Xatırladaq ki, Koloradoda cümə günü təşkil edilən hücumda 12 adam həlak olub, 58 adam yaralanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs