news Image
2012.07.25
11:40
| A A A
İran xarici işlər nazirinin müavini Arakçının Azərbaycana səfərinin tarixi açıqlanıb

İran xarici işlər nazirinin müavini Səid Abbas Arakçının Azərbaycana səfəri iyulun 27-nə planlaşdırılır.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Xarici işlər nazirinin müavininin ölkəmizə səfərində məqsəd Azərbaycanla İran arasında ikitərəfli münasibətləri müzakirə etməkdir. 

Xatırladaq ki, iyulun 13-də Azərbaycanda səfərdə olan İranın təhsil naziri Həmidrza Hacıbabayi ölkəsində azərbaycanlı şairlərin saxlanması ilə bağlı sualı cavablandırarkən bildirib ki, tezliklə İran xarici işlər nazirinin müavini ölkəmizə səfər edəcək və bütün məsələlər bu səfər zamanı müzakirə olunacaq. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs