news Image
2012.07.26
13:19
| A A A
Müxaliflər donosbazlıq şakərindən hələ də qurtulmayıb
Fərəc Quliyev : «Azərbaycan xalqı milli maraqları şəxsi maraqlara qurban verənləri yaxşı tanıyır və tarix onlara öz yerlərini göstərəcək»

Azərbaycanda radikal müxalifət partiyalarının bu gün özünün böyük tənəzzül dövrünü yaşadığı danılmaz həqiqətdir.  Bununla belə  radikal düşərgənin ayrı-ayrı şəxsləri səviyyəsində imkanlarından dəfələrlə üstün olan iddialar ortaya qouyulur ki, bu da haqlı olaraq onlarda bir qeyri-ciddilik imici formalaşdırır. Əvəzində isə bəzi belə qüvvələrin antiazərbaycançı qüvvələrlə işbirliyinə getdiyi üzə çıxır. Heç bir prosesə təsir etmək imkanında olmayan, cəmiyyətdə nüfuzu qalmayan, öz aralarında birləşə, ortaya vahid mövqe qoya bilməyən müxalifət partiyalarına qarşı növbəti haqlı ittiham bu fonda YAP Siyasi Şurasının üzvü Mübariz Qurbanlı tərəfindən gəlib.

Partiyanın saytına müsahibəsində cənab Qurbanlı bildirib: "Bu düşərgənin rəhbərləri Azərbaycanda siyasi hakimiyyətə gəlmək hərisliyini o həddə çatdırıblar ki, bu hərislik onların ağlını başından çıxarıb, gözünü, qulaqlarını yumub. Onlar həqiqəti görə bilmirlər, hər şeydə qara axtarırlar. İsa Qəmbərin hərəkətinə gəldikdə isə, bu birinci dəfə deyil. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər dövlət səviyyəsində danışıqlar aparırlar. Amma müxtəlif qurumların, QHT-lərin, siyasi təşkilatların "xalq diplomatiyası" adı altında işğalçılarla görüşməsi nəticə etibarı ilə ermənilərin öz işğalını pərdələməsinə xidmət edə bilər. Bəli, məntərəflər arasında etimad yaradılması üçün icmalar arasında görüşlərin keçirilməsinin tərəfdarıyam. Amma siyasi partiyalar səviyyəsində görüşüb əməkdaşlıq etmək, saziş imzalamaq yolverilməzdir".

M.Qurbanlı əlavə edib ki, müxalifətin radikal qanadı zaman-zaman xarici ölkələrə, beynəlxalq təşkilatlara şikayətlər edir, danos yazır.

Qeyd edək ki, müxalifətə qarşı sonuncu ittiham kifayət qədər ağır olsa da, ilk dəfə deyil ki, səsləndirilir. Bundan öncə , belə ittihaimlara rast gəlinib. Radikal müxalifətçilər hər dəfə bu ittihamları rədd ediblər ümumi əks-arqumentlər ortaya qoymağa çalışıblar. Amma göbründüyü kimi, problem həll olunmayıb.

Radikal müxalifətin Azərbaycan əleyhinə xarici təşkilatlara donoslar verməsinə münasibətini öyrəndiyimiz millət vəkili, Milli Dirçəlik Hərəkatının lideri Fərəc Quliyev bildirdi ki, kimliyindən, siyasi mövqeyindən asılı olmayaran hər bir vətəndaş üçün milli, dövlət maraqları əsas olmalıdır: "Bəzi hallarda milli maraqları unudaraq tamaha təslim olub, şəxsi mənfəəti, merkantil maraqların əsirinə çevrilənlərin sifətlərinin necə dəyişdiyini xalq görür. Belələrinə Azərbaycanda yer yoxdur. Şəxsən mən mövqeyi ilə razılaşıb-razılaşmamağımdan asılı olmayaraq, hətta mənimli yaxşı münasibətlə olmayan Azərbaycan vətəndaşlarını, siyasi təşkilatları s. qurumları xarici qüvvələrin ayağına vermərəm. Bu mənim siyasi dünya görüşümdü, baxışlarımdı. Milli maraqları, türklük ideyalarını müdafiə etmək, uca tutmaq mənim qanıma hopub. Deyərdim ki, bu məndə genetikdi. Qanı saf olan şəxslər heç vaxt öz hakimiyyətlərinin əleyhinə beynəlxalq təşkilatlara məlumat ötürməz, donosbazlıqla məşğul olmaz. Belələri üçün milli maraqlar görünür, əhəmiyyətsiz görünür".

F.Quliyev ölkədə bir sıra problemlərin olduğunu etiraf edərək bildirdi ki, o, problemlərin daxildə həllinin tərəfdarıdır: "Problemlər qarşılıqlı dialoq, anlaşma yolu ilə həll olunmalıdır. Köhnə mübarizə metodlarından əl çəkmək lazımdı. İndii zaman, tələblər dəyişib. Xarici fondlar buradakı emissarlarına ele-belə yerə pul vermirlər. Onlara buradan daim məlumatlar göndərilir, orada məlumatlar saf-çürük edilir. Xarici fondlar Azərbaycanda qarşıdurma, gərginlik yaratmaqda maraqlı olurlar. Biz bunun tam əleyhinəyik. Azərbaycan xalqı milli maraqları şəxsi maraqlara qurban verənləri yaxşı tanıyır tarix onlara öz yerlərini göstərəcək".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs