Əlaqə Arxiv
news Image
2012.07.26
15:45
| A A A
Rusiyadan maraqlı Əl-Qaidə iddiası
Əsədi dəstəkləyən Moskvadan maraqlı bir iddia gəldi. Movqe.Az bildirir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkiyə-Suriya sərhəd qapısının müxaliflərin deyil terror təşkilatı Əl-Qaidənin müttəfiqlərinin ələ keçirmiş ola biləcəyini iddia edib.

Nazir, "Bizə çatan kəşfiyyat məlumatları bu nəzarət nöqtələrinin Azad Suriya Ordusunun deyil, Əl-Qaidə ilə əlaqəli qrupların əlinə keçdiyini göstərir." şəklində danışıb.

 Lavrov, Avropa ölkələrinin və Amerika Birləşmiş Ştatlarının Suriyadakı bu qruplara dəstək verdiyini bildirib. Avropa Birliyinin Suriya istiqamətli sanksiya qərarını qınayan Lavrov, qərb ölkələrini silah buraxmaları mövzusunda müxaliflərə təzyiq etməməklə günahlandırıb.

Rusiyanın Birləşmiş Millətlər Təşkilatının daimi nümayəndəsi Vitali Çurkin də, Rusiyanın Suriya hökuməti ilə müxalifləri danışıqlar üçün Moskvada qarşılamağa hazır olduğunu bildirib.

Suriya böhranının xarici müdaxilə olmadan Suriya xalqı tərəfindən sülh şəklində həll edilməsini istədiklərini ifadə edən Çurkin, bu çərçivədə Birləşmiş Millətlərə dəstək üçün 30 əsgərini göndərməyə hazır olduqlarını da qeyd edib.

Suriyanın paytaxtı Şam və ölkənin ikinci böyük şəhəri Hələbdə Azad Suriya Ordusu və rejim tərəfdarı olan birliklər arasındakı qarşıdurmalar davam edir. Əsəd rejimi, hər iki şəhərdə müxaliflərin əlinə keçən bölgələri, döyüş təyyarələri və vertolyotlarla bombalayır.

Sizin Reklam Yeriniz