Əlaqə Arxiv
news Image
2012.07.27
15:00
| A A A
Kuba ABŞ ilə görüşməyə hazırdır
Raul Kastro hökumətinin soyuq müharibə dövründəki düşməni ABŞ ilə hər mövzuda görüşmək üçün masaya oturmağa istəkli olduğunu söyləyib. Movqe.Az bildirir ki, Kuba inqilabının 59-cu ildönümündə əzəli düşməni olan Amerikaya qeyri-adi bir çağırış edib. Kuba Prezidenti Raul Kastro, ABŞ ilə hər mövzuda görüşmək üçün masaya oturmağa istəkli olduğunu söyləyib. O bildirib ki, "Nə vaxt istəsələr masa hazırdır. Bu onsuz da diplomatik kanallar vasitəsilə bildirildi. Danışmaq istəsələr danışarıq. Heç kimin koloniyası, oyuncağı deyilik."

Kuba lideri, ölkəsinin ABŞ ilə demokratiya, mətbuat azadlığı və insan hüquqları da daxil olmaq üzrə hər mövzuda görüşə biləcəyini söyləyir. Amma bərabər şərtlərdə olmasını istəyir.

Raul Kastro kubalıların aşağı maaşlarla əlaqədar şikayətlərinə də toxunub. Ölkənin sosialist iqtisadiyyatına istiqamətli 5 illik planın dərhal həyata keçə bilməyəcəyini söyləyib.

İnqilabın ildönümü səbəbindən ən böyük təbrik, Quantanamodakı bir meydanda edilib.

Sizin Reklam Yeriniz