Əlaqə Arxiv
news Image
2012.07.27
15:25
| A A A
Əsəd tərəftarları ondan üz döndərir

Movqe.az xəbər verir ki,  Suriyada hücumlar səngiməsə də Əsəd tərəftarları ondan üz döndərməyə başlayıb. Yüksək vəzifəli əsgərlər və səfirlərdən sonra Hələb millət vəkili İxlas Əl Bədəvi də Əsəd rəhbərliyindən ayrılıb. Hələb millət vəkili Bədəvi Suriya rəhbərliyinin xalqa istiqamətlənmiş şiddət tətbiq etməsi səbəbilə ölkəsini tərk edərək Türkiyəyə sığınıb. Qadın millət vəkili Bədəvi, "Bu zalım rəhbərliyin xalqa etdiyi zülm və təzyiqə dözə bilməyib qaçdım." deyib. "Sky News Arabiya"ya danışan Bədəvi həmçinin Suriya rəhbərliyinin Hələbə istiqamətlənmiş böyük hücum hazırlığında olduğunu da söyləyib. 

Sizin Reklam Yeriniz