Əlaqə Arxiv
news Image
2015.01.02
16:06
| A A A
Quantanamodakı daha 5 məhbus çıxarıldı

ABŞ mübahisəli Quantanamo təcridxanasında daha 5 məhbusu başqa ölkəyə köçürdüyünü açıqlayıb.

Pentaqonun açıqladığı bəyanatda deyilir ki, 3 yəmənli və 2 tunisli bu gün Qazaxıstana köçürülüb.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, göndərilən şəxskər Pakistanda Əl-Qaidə və başqa yaraqlı islamçı qruplarla əlaqəsi olmaqda şübhəli bilinərək həbs edilən aşağı səviyyəli məhbuslardır.

Artıq 11 ildir Quantanamoda saxlanılan bu məhbuslara heç zaman rəsmi ittiham irəli sürülməyib.

Barak Obamanının Quantanamonu bağlamaq səyləri çərçivəsində bu il təcridxanadan 28 məhbus başqa ölkələrə köçürülüb.

Prezidentliyinin sona çatmasına iki il qalan cənab Obama deyib ki, o, məhbəsin bu ay bağlanması üçün əlindən gələni edəcək.

Oradakı 127 məhbusdan 59-nun göndərilməsi üçün yaşıl işıq yandırılsa da, ABŞ qanunları onların öz vətənlərinə göndərilməsinə icazə vermir.

Sizin Reklam Yeriniz