news Image
2015.01.04
17:06
| A A A
İtən təyyarə ilə bağlı xəbər var
Qəzaya uğramış "AirAsia" sərnişin təyyarəsinin axtarışları Yava dənizində, Borneo adası sahillərində hələ də davam edir.

Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, təyyarənin qalıqları və qəza qurbanlarını axtaranlar təyyarə gövdəsinin dörd iri fraqmentini aşkar ediblər. Tapılan hissələrdən birinin uzunluğu 18 metrdir.

Bu arada təhqiqat aşkara çıxarıb ki, "A320-200" Surabayadan Sinqapura uçuş üçün verilmiş marşrut lisenziyasını pozub. Hazırda "AirAsia" şirkətinin bütün qalan reyslərində təcili yoxlamalar keçirilir.

Məlum olub ki, qəzadan az əvvəl təyyarənin komandiri 9753 metr hündürlükdə uçan təyyarəni 11 min 500 metrə qaldırmaq üçün dispetçerdən icazə istəyib, lakin ona 10 min 360 metr hündürlüyə qalxmaq icazəsi verilib. Bundan sonra təyyarənin qəfil dik qalxdığı qeydə alınıb. Ekspertlərin fikrincə, bununla pilotlar "A320" təyyarəsinin texniki imkanlarını aşıblar.

Rusiyadan olan dalğıcların da axtarışa qoşulmağına baxmayaraq, hava şəraiti axtarış işlərini çətinləşdirir, belə ki, görüntü 2 metri keçmir.

Qeyd edək ki, qəzadan salamat çıxanların olmadığı bildirilir. İndiyədək 30 cəsəd tapılıb, lakin qalan cəsədlərin təyyarə ilə birlikdə dənizin dibində olduğu güman edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs