news Image
2012.07.29
19:04
| A A A
Yaponiya XİN Putinlə görüşüb
Yaponiya Rusiya rəsmilərinin Kunaşiri adasına səfərindən narahatdır.

AzərTAc xəbər verir ki, Yaponiyanın xarici işlər naziriKoitiro QembaRusiyaya səfəri çərçivəsində iyulun 28-də Soçidə prezident Vladimir Putinvə xarici işlər naziriSergey Lavrovla ayrı-ayrılıqda görüşlər keçirmişdir.

Yaponiya KİV-lərinin verdikləri məlumata əsasən, K.Qemba Rusiyanın xarici işlər nazirinə bildirmişdir ki, tərəflər liderlərin, xarici işlər nazirlərinin və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə danışıqları davam etdirməlidirlər.

Yaponiyalı nazir cari ayın əvvəlində Rusiya Baş nazirinin Kunaşiri adasına səfər etməsi ilə bağlı ölkəsinin narahatlığını qarşı tərəfə çatdırmışdır. Həmin ada Hokkaydonun yaxınlığında yerləşən və Yaponiyanın iddia etdiyi dörd adadan biridir.

Rusiyanın xarici işlər naziri sonradan jurnalistlərə müsahibəsində bildirmişdir ki, ölkəsinin rəhbərliyi həmin adalara səfəri davam etdirəcəkdir.

Prezident Vladimir Putin ilə görüşdə cari ilin sentyabrında Vladivostokda keçirilməsi planlaşdırılan Asiya-Sakit okean iqtisadi əməkdaşlığı forumu çərçivəsində Yaponiya-Rusiya sammitinin təşkili qərara alınmışdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs