Əlaqə Arxiv
news Image
2015.01.08
09:15
| A A A
Ermənistan prezidentinin kriminal avtoritetlərlə sıx əlaqələri üzə çıxır
Cinayətkar şəxsin hələ də Ermənistan rəhbərlik etməsi bu ölkəni daha böyük sürətlə uçruma aparır

İndiki Ermənistan hakimiyyətində əsas etibarı ilə kriminal ünsürlərdən təşkil olunması artıq dünya miqyasında da birmənalı şəkildə qəbul edilən həqiqətdir. Ermənistan iqtidarında ən böyük kriminal ünsür isə prezident Serj Sarksiyan hesab edilir. Təbii ki, bu şəxsin ən böyük cinayəti Azərbaycan ərazilərinin işğalında yaxından iştirak etməsi və Xocalı soyqırımının törədilməsində ən aktiv iştirakçılardan biri olmasıdır. Bununla yanaşı, Sarksiyan digər formada da cinayət əməllərini davam etdirib. Məsələn, öz xalqını güllə-boran etmək hesabına hakimiyyətə yiyələnib, ölkədə kriminal oliqarxlardan ibarət idarəetmə sistemi yaradıb. İndinin özündə də Ermənistanda iqtisadiyyatın ən gəlirli sahələri Serj Sarkisyanın və sabiq dövlət başçısı Röbert Köçəryanın rəhbərlik etdiyi iki qruplaşma arasında bölünüb. Sarkisyanın inhisarçı kriminal biznes imperiyasına çoxsaylı şirkətlər daxildir. Buna misal olaraq "Flash" şirkətini, yanacaqdoldurma stansiyaları şəbəkəsini, Azərbaycanın işğal olunmuş ərazilərində şərabçılıq zavodunu, "Ararat" bankını, "Ararat" restoranlar şəbəkəsini və digərlərini göstərmək olar. Ermənistan prezidentinin qardaşı Aleksandr Sarkisyanda kriminal şəxslərlə çoxsaylı əlaqələrə və müxtəlif istiqamətlər üzə biznesə malikdir. İndinin özündə də ölkədə böyük bizneslə məşğul olan şəxslər onun "payı"nı verməlidir. Ermənistanda hüquq-mühafizə orqanları və vergi ilə ciddi problemi olan şəxslər pul müqabilində onu ən asan həll yolu kimi görürlər. Ermənistan prezidenti və qardaşı hazırda krimnal yollarlar varidatlarını genişləndirməkdə, həmçinin, onlara qarşı çıxanların susdurulmasında krminal keçmişə malik şxslərin xidmətindən geniş şəkildə istifadə etməkdədirlər. İndinin özündə də onların cinayətkarlarla çoxsaylı əlaqələri mövcuddur. Bunu üç gün əvvəl Ermənistanda baş tutan və son 10 ilin ən iri kriminal "sammiti" hesab olunan "sxodka" da təsdiq edir. Rusiyanın "Rosbalt" agentliyi bu sammitin Ermənistanın Kotayk vilayətində baş tutduğunu yazır. Məlumatlara görə, Rusiya hüquq-mühafizə orqanlarının "vor zakonların" Moskvada toplaşacağı halda hamısını həbs edəcəyinə dair xəbərdarlığından sonra işə nüfuzlu erməni kriminal avtoritet, 2000-ci ildə ölən "Armen Kanevski" ləqəbli Armen Arutyunyanın qardaşı Artyom Arutyunyan qarışıb. Ermənistan hakimiyyətində güclü əlaqələrə malik olan Artyom "sammitin" İrəvandan bir saatlıq məsafədə olan kurort bölgəsi Kotaykda keçirilməsini razılaşdırıb.

Ehtimal edilir ki, erməni kriminal avtoritet məsələni birbaşa prezident Serj Sarkisyan, yaxud onun qardaşı Aleksandr Sarksiyan vasitəsilə həll edib. Çünki yuxarıda qeyd olunduğu kimi Sarkisyanın və qardaşının kriminal dairələrlə ciddi biznes əlaqələri mövcuddur. Daha sonra Artyom kriminal avtoritetlərin, o cümlədən ötən ilin payızında İspaniya həbsxanasından buraxılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovum Ermənistanda həbs olunmayacaqlarına dair təminat alıb. Şübhə yoxdur ki, bu təminatı da məhz Ermənistan prezidenti verib. Sammitdə müxtəlif məsələlərin müzakiərə olunduğu bildirilir. Məsələn, "virtualaz" portalını məlumatına görə, "vor zakonlar" öncə 2008-ci ildən başlayaraq "qanuni oğrular"ın sayının sürətlə artması məsələsini müzakirə ediblər. O da qərara alınıb ki, son illərin kriminal savaşlarının iki əsas iştirakçısı - Merab Canqveladze (Suxumski) ilə Tariel Oniani (Taro) barədə onlar həbsdən çıxandan sonra yekun qərar verilsin. İstənilən halda isə maraq doğuran məqam kriminal avtoritetlərin Ermənistanda çox asanlıqla toplantı keçirmələri və əvvəlcədən belə bir toplantının baş tutacağının bilindiy halda buna qarşı hansısa tədbirin görülməməsidir. Bu fakt özü bir daha Ermənistan iqtidarının, onun rəhbərinin kriminal şəxslərlə sıx əlaqədə olduğunun daha bir real sübutudur. Xocalıda, Dağlıq Qarabağın digər kənd və qəsəbələrində, o cümlədən ətrafdakı yeddi rayonun yaşayış məntəqələrində cinayətlər törətmiş, əli günahsız insanların qanına batmış Serj Sarkisyan kimi cani şübhəsiz ki, bundan sonra da krminal aləmlə əlaqələrindən əl çəkməyəcək. Belə bir şəxsin hələ də Ermənistan rəhbərlik etməsi isə bu ölkəni daha böyük sürətlə uçruma aparır.

Sizin Reklam Yeriniz