Əlaqə Arxiv
news Image
2015.01.07
18:22
| A A A
MSK bu məntəqədə seçki nəticələrini ləğv etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, iclasda 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərə baxılıb.

İclasda 82 saylı Ağcabədi Seçki Dairəsində Şirnik bələdiyyəsi üzrə 16 və 17 saylı seçki məntəqələrində iddia edilən qanun pozuntuları ilə bağlı daxil olan müraciətlərin baxılması üçün müvafiq Dairə Seçki Komissiyalarına (DSK) göndərilməsi barədə qərarlar qəbul edilib.

27 Sabunçu İkinci Seçki Dairəsində Kürdəxanı və Pirşağı bələdiyyələri, 64 saylı Sabirabad İkinci Seçki Dairəsində Nizami bələdiyyəsi, 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində Mahmudavar bələdiyyəsi, 55 saylı Xaçmaz Seçki Dairəsində Qaradağ-buduq kənd bələdiyyəsi, 70 saylı Masalı şəhər Seçki Dairəsi üzrə Çaxırlı bələdiyyəsi üzrə müraciətlərdə iddia edilən qanun pozuntuları əsassız sayılıb.

MSK 71 saylı Masallı Kənd Seçki Dairəsində Ərkivan bələdiyyəsi üzrə 4 saylı məntəqədə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

Sizin Reklam Yeriniz