Movqe.az xəbər verir ki, nazirliyin mətbuat
xidmətindən Trend-ə verilən
məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının
İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Barekamavan
kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və
Qaymaqlı, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən
Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə
tutublar.
Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Şıxlar, Baş Qərvənd, Şuraabad, Şirvanlı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.