news Image
2015.01.09
21:06
| A A A
Rusiya 1 milyon mühacirin ölkəyə girişinə qadağa qoydu

Movqe.az xəbər verir ki, Rusiya Federal Miqrasiya Xidmətinin başçısı Konstantin Romodanovski müxtəlif ölkələrdən gəlmiş 1 milyondan çox mühacirin növbəti 10 il ərzində ölkəyə girişinin qadağan ediləcəyini bildirib.

AzərTAc İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, 2015-ci il yanvarın 10-dan qüvvəyə minəcək RF qanunvericiliyinə edilən dəyişikliklərə əsasən nəzərdə tutulmuş müddətdən artıq ölkədə qalma səbəbi ilə bir çox mühacirə 3 ildən 10 ilə qədər Rusiyaya giriş qadağan olunacaq.

Rusiyaya mühacir axınının təxminən 70 faiz azaldığını deyən Federal miqrasiya xidmətinin başçısı Orta Asiyadan gələn mühacirlərin sayının azalması ilə yanaşı, Moldova və Ukraynadan mühacir axınının artığını da qeyd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs