Əlaqə Arxiv
news Image
2015.01.10
21:07
| A A A
BMT: Fransadakı terrorun dinlə əlaqəsi yoxdur

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Ban Ki Mun Fransadakı terror hadisəsinə münasibətini açıqlayıb.

Movqe.az publika.az-a  istinadən xəbər verir ki, BMT-nin baş katibi Pan Ki Mun Parisdə jurnal redaksiyasına basqının və 12 jurnalistin qətlə yetirilməsinin dinlə əlaqələndirilməsinin yanlış olduğunu bildirib.

"Fransada baş verən hadisə əsl terrordur. Ancaq bunun dinlə heç bir əlaqəsi yoxdur. Terrorun, cinayətin dini olmaz", - Pan Ki Mun bildirib.

Baş katib Fransanı tolerantlıq və dini dözümlülük siyasətinə sadiq qalmağa cağırıb.

Sizin Reklam Yeriniz