news Image
2015.01.10
22:04
| A A A
İndoneziya 61 istiqamətdə uçuşları dayandırdı

İndoneziya hökuməti beş aviaşirkətin 61 istiqamətdə uçuşlarını dayandırıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın nəqliyyat naziri İqnasius Conan bildirib. Onun sözlərinə görə, buna səbəb aparılan yoxlamalar zamanı aviaşirkətlərin fəaliyyətində aşkar edilmiş çoxsaylı pozuntulardır.

Aviaşirkətlərin genişmiqyaslı yoxlanılmasına səbəb "AirAsia" şirkətinə məxsus təyyarənin uçuş cədvəlində aşkar olunan pozuntu olub. Nəqliyyat Nazirliyi təsdiq edib ki, daşıyıcı şirkət həmin gün uçmaq hüququna malik olmayıb.

Xatırladaq ki, ötən il dekabrın 28-də İndoneziyadan Sinqapura uçan "AirAsia" şirkətinə məxsus təyyarə havaya qalxdıqdan 42 dəqiqə sonra radarların ekranından itib. Kalimantan adası yaxınlığında qəzaya uğramış təyyarənin göyərtəsində 155 sərnişin və 7 heyət üzvü olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs