news Image
2012.07.30
15:25
| A A A
"Əsəd öz sonunu sürətləndirir"
Movqe.Az bildirir ki, ABŞ müdafiə naziri Leon Panetta, Suriyadakı böhranın derinləşdiyini və Suriya Dövlət Başçısı Bəşər Əsədin öz sonunu sürətləndirdiyini söyləyib. Panetta, 5 günlük Orta Şərq ziyarətinin ilk dayanacağı Tunisdə Vaşinqtondan özü ilə birlikdə gələn jurnalistlərə müsahibə verib.

'' Əsəd rejimin sonuna gəldi'', deyən ABŞ müdafiə naziri Panetta, Suriyanın kimyəvi silahlarının yalnış əllərə düşməməsini təmin etmək üçün göstərilən səylərlə bağlı müzakirələrini davam etdirəcəyini bildirib.

Bu vaxt Orta şərq dövrü çərçivəsində İsrailə gedəcək olan Panetta, İsrailli liderlərin hələ İranın nüvə silah əldə etməsinin qarşısının alınması üçün beynəlxalq iqtisadi, siyasi və diplomatik təzyiq kampaniyasını dəstəklədiklərinə inandığını söyləyib. Panetta, İsrailin İrana hücum mövzusunda hər hansı bir qərar almadığı sisteminin, əhəmiyyətli bir müvəffəqiyyət olduğunu və İranın gələcək hücumlara maneə törətdiyini bildirib. Leon Panetta, sistemin ABŞ ilə İsrail arasında genişlənən əməkdaşlığın nümunəsi olduğunu qeyd edərək, "Tariximizdə misli görünməmiş müdafiə əməkdaşlıq səviyyəsinə çatdıq. Məqsədim bu əlaqəni daha da dərinləşdirməkdir." sözlərini söyləyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs