news Image
2012.04.11
16:24
| A A A
Suriya üçün kritik 48 saat

Suriyada BMT sülh planı istiqamətində atəşkəsin təmin ediləcəyi müddətin dolmasına baxmayaraq, ölkədən atışma xəbərləri gəlməyə davam edir.

Plana əsasən çərşənbə axşamı Suriya ordusu məskunlaşdığı mərkəzlərdən geri çəkilməli,

48 saat sonra tam atəşkəs təmin edilməli idi.

Ancaq müxaliflər bu gün onlarla adamın daha öldürüldüyünü söyləyiblər.

Müddətin dolmasından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Suriya rəhbərliyini dəyişiklik etməyə çağırıb. Şəxsi nümayəndə Kofi Annanın hesabatının ciddi narahatlıqlarla qiymətləndirildiyini deyən Şura bildirib ki, "Qarşıdakı 48 saat ərzində Suriyanın hərbi rejimində konkret dəyişikliklərin edilməsii böyük əhəmiyyət daşıyır."

Şuraya bəzi yerlərdən əsgərlərin geri çəkildiyi ilə bağlı xəbərlər gəlməsinə baxmayaraq, Annan vətəndaş hədəflərə istiqamətli hərbi əməliyyatların davam etdiyini söyləyib.

Suriya Xarici işlər Naziri Vəlid Müəllim də, bəzi birliklərin geri çəkildiyini açıqlayıb.


Yusifova Ziba

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs