Əlaqə Arxiv
news Image
2015.01.17
09:00
| A A A
Ermənistan qul olduğunu növbəti dəfə təsdiqlədi
Modest Kolerov: «Tarixi sənədlərdən göründüyü kimi, İrəvan 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub»

Ermənistanın Gümrü şəhərində həftənin əvvəli öldürülən Avetisyan ailəsinin qətlində ittiham olunan rus əsgəri ilə bağlı gərginlik davam edir. xatırladaq ki, yanvarın 14-də minlərlə şəhər sakini 102-ci Rusiya hərbi bazasının qarşısında yürüş keçirib bazada saxlanan əsgərin Ermənistan tərəfinə təhvil verilməsi üçün yanvarın 14-ü saat 5-ə qədər onlara vaxt vermişdilər. Laikn bu tələb yeriən yetrilməyib və aksiyalara yenidən start verilib. İrəvan ve Gümrüdə Rusiya səfirliyi qarşısında polislə toqquşmalar olub, 20-ə yaxın şəxs yaralınıb və onlarla insan polis tərəfindən həbs olunub. Vəziyyət hələ də gərgin olaraq qalır. Rusiya əsgəri Valeri Permyakovun işi üzrə istintaqın gedişatından narazı etirazçılar ölkə hakimiyyətini bu məsələdə qətiyyətsiz addımlar atmaqda ittiham edir. Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Masnikyan küçəsi 188 ünvanında yerləşən həyət evində yaşayan Serj Avetisyanın özü və 5 ailə üzvü - arvadı, qızı, oğlu, gəlini və nəvəsi güllələnib. Maraqlıdır ki, bu zaman qonşulardan heç biri atəş səsləri eşitməyiblər. Ermənistanın müdafiə naziri, prokurorluğu və digər rəsmilər, o cümlədən Rusiyanın bu ölkədəki səfiri təcili olaraq olayı siyasiləşdirməməyə çağırıb və cinayətkarın cəzalandırılacağını bildirib. 102-ci bazanın komandiri Aleksey Polyuxovic yerli əhaliyə başsağlığı verib və cinayətkarın ən ağır şəkildə cəzalandırılacağını bildirib.

Rusiya Müdafiə Nazirliyində iddia edirlər ki, Ermənistanın Gümrü şəhərində bir erməni ailəsinin 6 üzvünü qətlə yetirmiş rus əsgərin psixoloji problemləri olub. Bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib. Mənbənin iddiasına görə, Permyakov orduda xidmət etmək istəməyib və Türkiyəyə qaçmaq istəyib. Erməni ailəni isə qorxudan qırıb ki, onu hərbi hissənin rəhbərliyinə satmasınlar.Permyakov orduya il yarım qabaq çağırılıb. Əvvəlcə o, Rusiyanın Çita şəhərində xidmət göstərib, dekabrda onu Ermənistandakı hərbi bazaya keçiriblər. Qətl olunan ailənin qonşularının dedikləri fərqli versiya barədə düşünməyə imkan verir. Qonşuların dediyindən belə çıxır ki, ailə bu yaxınlara qədər kişisiz olub. Evdə həmişə qadınlar olub və Permyakov da bu evə gəlib-gedib. Evdə ailə başçısının arvadı, gəlini, 36 yaşlı dul qızı və uşaqlar olurmuş. Qətliamdan bir-iki gün qabaq isə 51 yaşlı ailə başçısı və onun oğlu əmək miqrantı kimi getdikləri Rusiyadan Yeni ili bayramını qeyd etmək üçün evə gəliblərmiş. Rus əsgərin evə qəfil gəlişi qalmaqalla nəticələnib və nəticədə Permyakov silaha əl atmalı olub. Bu da aydındır ki, Permyakovun həmin evdə paltarı varmış və o, Türkiyə sərhədində özünə məxsus mülki geyimdə tutulub.

Ermənilər əsgərin Ermənistana təhvil verilməsi üçün yürüşlər keçiriblər. Şəhər sakinləri inanırlar ki, polis özü qəsdən rus əsgərini tutmayıb ki, onu Türkiyə ilə sərhəddə Rusiya sərhədçiləri tutub bazaya gətirsinlər. Rusiyaya qarşı etiraz edçənlər tərəfindən Gümrüdə öncə Rusiya konsulluğu yumurta atəşinə tutulub, sonra prokurorluq binasına yürüş edilib, Rusiya hərbi bazasına yaxınlaşmağa cəhd ediblər. Silahlı polislər onları bazadan uzaqda saxlamaq üçün 4 kardon qurublar.Məsələni gərginləşdirən əsas məqam qətldə ittiham olunan şəxsin kim tərəfindən dindirilib-mühakimə olunmasıdır. Ermənistan prokurorluğu öncə hadisənin Ermənistan ərazisində baş verdiyini əsas gətirib Permyakovun özləri tərəfindən mühakimə olunacağını desə də, sonradan əsgərin Rusiya və Ermənistan arasındakı hərbi baza ilə bağlı sazişə görə, Rusiya tərəfindən mühakimə olunacağı bildirilib.

Ermənistanın hüquq-müdafiəçiləri və bəzi siyasi partiyaları isə əsgərin Rusiya hərbçilərinə təhvil verilməsi və ona qarşı Rusiya Cİnayət Məcəlləsinin fərarilik və qətl maddələri ilə ittiham irəli sürülməsini ölkənin suverenliyinin faktiki olaraq qurban verilməsi kimi qiymətləndirirlər. Ermənistan Helsinki Assosiasiyasının rəhbəri Zhanna Aleksyan isə bildirib ki, baş verənlər Rusiyanın ağa, Ermənistanın qul rolunda çıxış etdiyini və ağanın istəyinə uyğun məsələnin qulun alçaldılması ilə ört-bas edildiyi təəssüratı yaradır.

Olaylar Rusiyada da maraqlı prizmadan qiymətləndirilir. ilə "Reqnum" informasiya agentliyinin baş redaktoru, daima Kremlə və ermənilərə yaxınlığı ilə seçilən Modest Kolerov bu xüsusda çox maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, ermənilər unutmamalıdırlar ki, əgər Rusiya olmasaydı, onları heç kim qorumazdı. O, Ermənistanda Rusiyaya qarşı olan mitinqlərə sadəcə tarixi xatırlatmaqla cavab verib: "18-ci əsrdəki böyük rus döyüşçüləri ilə məmurları sayəsində onlar artıq dövlət və paytaxta sahibdirlər. Onlar Suriya çöllərində yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə doldurub bükə bilməzdilər. Belə ki, orada nə üzümü, nə də qiyməni bilirdilər. Bunun əvəzində isə çörək bişirmək üçün yanacaq kimi istifadə edilə bilinəcək dəvə peyini bol idi. Deputat Jirinovski havayı yerdən ermənilərə deməmişdi ki, rus qazı ermənilərin xoşuna gəlmirsə, qoy onda gedib peyin yandırsınlar. 70-ci illərdə ermənilər İrəvanın tarixindən müsəlman keçmişini silmək üçün Sərdar sarayını dağıtdılar. Bir xalqın tarixini ədəbiyyat nümunələri müəyyən edir, amma ermənilərdə bu sadəcə olaraq yoxdur. Öz mətbəxlərini isə tamamilə türk və azərbaycanlılardan götürərək, hətta adlarını dəyişməyərək lülə-kabab, basdırma, bozbaş, dolma, kabab, düşbərə, piti kimi eyni saxlayıblar. Tarixi sənədlərdən göründüyü kimi, İrəvanın sadəcə 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər baş çıxara bilmir. Onlar 19-cu əsrdə meydana çıxan Xaçatur Abovyana qədər heç bir yazıçıya sahib deyildilər. Yüzillər ərzində xalqı idarə edənlər onun başına soxurlar ki, biz ən qədim və ağıllıyıq, amma özləri Ermənistandan qaçaraq sərhədlərini ruslardan qorumağı xahiş edirlər. Rusiyada əlyazmalar yanmır. Bunu ermənilərə daima xatırlatmaq lazımdır ki, dünyanı özlərinə güldürməsinlər".

Sizin Reklam Yeriniz