news Image
2015.01.21
12:45
| A A A
Neft ümidləri qırıldı, körpü olmağa qərar verdi

Türkiyə başqa ölkələrdən enerji asılılığından azad olmağa qadir deyil.

Movqe.az-ın Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib.


Dövlət başçısının sözlərinə görə, Türkiyə məhdud təbii neft və qaz ehtiyatlarına malikdir.


Prezident qeyd edib ki, təbii resursların az olmasına baxmayaraq, Türkiyə karbohidrogen ehtiyatları ilə zəngin olan ölkələrlə onlara ehtiyacı olan dövlətlər arasında enerji körpüsü ola bilib.


Ərdoğan bildirib ki, Türkiyənin dövlətlər arasında enerji körpüsü olması ölkə üçün böyük əhəmiyyət kəsb edir.


Türkiyə xaricdən neft məhsullarının alınmasından asılılığı azaltmaq üçün fəal şəkildə neft yataqlarının axtarışını aparır. 2012-ci ildə Sinop rayonunda böyük ümidlər bəslənən neft kəşfiyyatı işləri nəticə vermədi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs