Əlaqə Arxiv
news Image
2015.01.21
13:14
| A A A
Davos forumu başlayır
Bu gün Davos Ümumdünya İqtisadi Forumu başlayır. Forum yanvarın 24-nə kimi davam edəcək. Bu ilki iclasın mövzusu "Yeni qlobal şərtlər"dir.

Movqe.az-ın məlumatına görə, foruma 40 dövlət və hökumət başçısının, o cümlədən 100 ölkədən 2500-dən çox iştirakçının qatılacağı gözlənilir. 

Türkiyədə 6 illik fasilədən sonra forumda nazirlər səviyyəsində təmsil ediləcək. Foruma qatılacaq qrupda Baş nazirin köməkçisi Ali babacan, Avropa Birliyi naziri Volkan Bozkır, maliyyə naziri mehmet Şimşek, enerji və təbii sərvətlər naziri Taner Yıldız olacaq. 

Zirvə toplantısında neftin qiymətindəki kəskin ucuzlaşma, Çindəki iqtisadi azalma, Paris hücumları, Ebola virusu və Avropanın iqtisadi vəziyyəti müzakirə ediləcək. 

Davosda müzakirəyə çıxarılacaq məsələlərdən biri də Yaxın Şərq və Ukraynadakı vəziyyət olacaq.


Sizin Reklam Yeriniz