Əlaqə Arxiv
news Image
2015.01.26
12:35
| A A A
"Boko Haram"dan daha bir şəhərə hücum

Movqe.az xəbər verir ki, İslamçı "Boko Haram" qrupunun döyüşçüləri Nigeriyanın şimal-şərqində yerləşən mühüm Maiduguri şəhərinə hücuma başlayıblar.

Şəhərətrafı ərazilərdə sərt döyüşlər barədə məlumatlar var. Ordu hava hücumlarını həyata keçirir və komendant saatı qüvvədədir.

Maiduguri şəhərində "Boko Haram"ın əlindən qaçan on minlərlə adam yerləşir. Şənbə günü prezident Qudluk Conatan bura səfər etmişdi.

Maidugurinin şimalında yerləşən Monguno şəhərində daha bir "Boko Haram" hücumu barədə məlumatlar var.

"Boko Haram" qrupu 2009-cu ildə İslam dövləti yaratmaq niyyəti ilə partizan əməliyyatlarını başlayıb. Nəticədə minlərlə adam öldürülüb. Onların əksəriyyəti şimal-şərqi Nigeriyadandır.

İnsan haqları qrupu "Amnesty İnternational" xəbərdarlıq edib ki, yüz minlərlə dinc sakin "ağır risk altındadır".

Sizin Reklam Yeriniz