news Image
2012.08.01
10:14
| A A A
BQXK-nin nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı əsirlə görüşüblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər. 
BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın APA-ya verdiyi məlumata görə, başçəkmə zamanı əsirə ailəsindən bir "Qızıl Xaç" məktubu çatdırılıb, əsirdən isə iki "Qızıl Xaç" məktubu alınıb. 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.
Xatırladaq ki, hazırda Azərbaycanda Ermənistan vətəndaşları olan bir ailə saxlanılır. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs