Əlaqə Arxiv
news Image
2015.01.27
13:28
| A A A
İrandan gözlənilməz mesaj: “Avrasiya İttifaqına qoşuluruq”

İran 2015-ci ildə Avrasiya İqtisadi İttifaqı ilə ya müqavilə, ya da qarşılıqlı memorandum imzalamaq niyyətindədir və bu imkandan Rusiyaya ixracı üçün yararlanmaq istəyir.

Movqe.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Mehdi Sənai RİA Novosti-yə verdiyi müsahibəsində deyib.

"Fikirləşirəm ki, İranın Avrasiya İttifaqı ilə müəyyən iqtisadi əlaqəsinin olması üçün biz bunun üzərində işləməliyik. İran öz ixracı üçün bundan istifadə etməlidir. Ola bilsin ki, hər hansı ya müqavilə, ya memorandum imzalansın", - Sənai bildirib.

Onun sözlərinə görə, İran və Rusiyanın tam əməkdaşlığının qarşısında duran ən böyük problem İran malları üçün yüksək gömrük haqqının olmasıdır:

"Ən böyük problem Rusiyaya ixrac olunan malların gömrük tariflərinin yüksək olmasıdır. İran öz mallarını Rusiyaya birbaşa göndərir. Bu tariflər İran üçün çox yüksəkdir. İranlı biznesmenlər tez-tez bizə tariflərin endirilməsi xahişi ilə müraciət edir. Onlar Rusiyanın Ermənistan, Azərbaycan, Qazaxıstanla olan münasibətlərini misal çəkirlər".

Sizin Reklam Yeriniz