Əlaqə Arxiv
news Image
2012.08.01
13:17
| A A A
Azərbaycan Xəzər sahili boyunca yeddi radiolokasiya stansiyası quraşdıracaq
ABŞ Dövlət Departamenti: “Bu stansiyalar dəniz kəşfiyyatının aparılması və qaçaqmal təhlükəsinin aşkarlanması məqsədilə istifadə olunacaq”

ABŞ Dövlət Departamenti 2011-ci ildə dünyada terrorçuluğa qarşı mübarizəyə dair hesabatı açıqlayıb.  APA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, hesabatda Azərbaycanla bağlı bir sıra faktlar öz əksini tapıb. 

Sənəddə bildirilir ki, Azərbaycan terror təşkilatlarına qarşı aktiv mübarizə aparıb, quru və dəniz sərhədlərinin mühafizəsinin təmin olunması üçün tədbirlər görüb. 
"Azərbaycan hökuməti potensial bioterrorizm təhlükəsinin qarşısını almaq məqsədilə tədqiqatlar aparmağa imkan verən mərkəzi laboratoriyanın modernləşdirilməsini başa çatdırıb. Kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması proqramı əsasında hökumət Xəzər sahili boyunca yeddi radiolokasiya stansiyasının quraşdırılmasını öz üzərinə öhdəlik olaraq götürüb. Bu stansiyalar hərbi-dəniz donanması, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən dəniz kəşfiyyatının aparılması və qaçaqmal təhlükəsinin aşkarlanması məqsədilə istifadə olunacaq. Bundan başqa Dövlət Sərhəd Xidməti Gəncə aeroportunun təmiri zamanı yeni portal monitorlar quraşdırıb". 
Hesabatda bildirilir ki, Azərbaycan həmçinin sərhəd keçmələrə dair portal monitorlardan alınan informasiyaların mərkəzləşdirilməsi məqsədilə Milli Kommunikasiya Sistemi (pilot layihə) quraşdırıb.
Sizin Reklam Yeriniz