Əlaqə Arxiv
news Image
2012.08.02
15:30
| A A A
Londonda həlledici zirvə görüşü

Movqe.az xəbər verir ki, Putin İngiltərə Baş naziri David Kameronla ikitərəfli görüş keçirəcək. Görüşdə digər beynəlxalq problemlərlə yanaşı, Suriya böhranı da  gündəmin əsas mövzusu olacaq. Rusiya prezidenti Vladimir Putin 9 il fasilədən sonra İngiltərənin paytaxtı Londona gedir. Putinin rus olimpiada qrupunun müsabiqələrini də izləməsi gözlənilir. Rus liderin Suriyaya münasibətini İngilis həmkarı ilə paylaşacağı və Suriya lideri Bəşər Əsədin vəzifədən ayrılması vəziyyətində meydana gələcək naməlumluğu müzakirə edəcəyi nəzərdə tutulur. Putinin məsləhətçisi Dmitri Peskov, mövzu ilə əlaqədar etdiyi şərhdə, "İki lider Suriya mövzusunda öz fikirlərini paylaşacaq. Bu mövzu ilə əlaqədar daha əvvəl başlayan dialoqun davamını gözləyirik" deyib. Peskov, Putinin olimpiadalar çərçivəsində judo qarşılaşmalarını izləyəcəyini də bildirib. Peskov, şərhində, İngiltərə Baş naziri Kameronun Əsədin istefası mövzusunda Putini razı edəcəyi istiqamətindəki şərhlərinin həqiqəti əks etdirmədiyini, tərcümə səhvi ola biləcəyini söyləyib. İddialara görə Kameron, Putini Suriya böhranına hərbi əməliyyat istisna olmaqla müdaxilə mövzusunda razı edəcək.

Sizin Reklam Yeriniz