news Image
2012.08.03
11:01
| A A A
Misirdə yeni kabinet müəyyən oldu
Yeni kabinetdə 35 nazirlik iştirak edir. Movqe.Az bildirir ki, Misirdə Hişam Qandil tərəfindən qurulan hökumətdə 35 nazirlik iştirak edir.

Baş nazir Hişam Qandil təşkil etdiyi mətbuat konfransında nazirlərin təyin olunmasında "kafilik" qanununun əsas alındığını söyləyib. Qandil, yeni kabinetin "25 Yanvar inqilabının hədəflərini reallaşdırma" qanunuyla işə başlayacağını bildirib. Yeni siyahıya görə, köhnə kabinetdən 7 nazir vəzifəsinə davam edəcək. Bunların başında müdafiə naziri Hüseyn Tantavi ilə yanaşı, xarici işlər naziri Məhəmməd Kamil Amro gəlir. Dəyişməyən digər Nazirliklər də belə sıralanır: Tarixi Əsər Nazirliyi, Hərbi İstehsal Nazirliyi, Maliyyə Nazirliyi, İctimai İşlər Nazirliyi.

Vətəndaşlar yeni hökumətlə əlaqədar fərqli düşüncələr irəli sürüblər. Xüsusilə Marşal Tantavinin təkrar Müdafiə Nazirliyinə gətirilməsi mübahisə yaradıb. Bəzi siyasi qruplar isə yeni kabinetdə iştirak etməyi rədd edib.

Liberal partiyadan sonra indi də Sələfi Nur Partiyası və İslami Cəbhə yeni kabinetdə vəzifə almayacaqlarını açıqlayıb. Sələfi Nur partiyasının səlahiyyətliləri, kabinetdə özlərinə yalnız bir nazirlik təklif edildiyi üçün bu vəzifəni rədd etdiklərini bildiriblər. İslami Cəbhə də kabinetin yaradılmasında siyasi qruplarla müşavirə edilmədiyini iddia edərək hökuməti boykot etmək qərarı verib.