news Image
2012.08.04
12:46
| A A A
"Suriyaya hərbi müdaxilə edə bilərik"
“PKK Əsəd rejimi ilə əməkdaşlıq edir, sərhədlərimizdə PKK-nın iştirakı ilə hər hansı qurum təsis olunsa, hərbi müdaxilə edəcəyik”

Suriyanın şimalında Türkiyəyə üçün təhdidedici situasiya yaranarsa və ya PKK-nın iştirakı ilə separatçı rejim qurularsa, Ankara bölgəyə hərbi müdaxilə imkanlarını nəzərdən keçirəcək. APA-nın məlumatına görə, bu fikirləri AKP sədrinin müavini Ömər Çelik deyib. "Biz də Suriyada kürdlərin hüquqlarını müdafiə edirik, amma orada hər hansı formada terrorçu fəaliyyətin olmasına imkan vermərik. Bizə qarşı hər hansı təhdid yarada biləcək addımların atılmasını tövsiyə etmirik". 

Ömər Çelik bildirib ki, heç kim Türkiyənin Suriyaya hərbi müdaxilə etməsini arzulamır: "İndiyə kimi hərbi müdaxilə məsələsi çox gündəmə gətirildi. Heç bir dövlət qonşu dövlətə hərbi müdaxilə etmək istəməz. Amma bu bir seçim imkanı deyil, məcburiyyət yaranarsa, əl ata biləcəyimiz vasitələrdən biridir. Əsəd silah paylayır, PYD və PKK Əsəd rejimi ilə əməkdaşlıq edir. Bu günə kimi PKK Əsəd rejiminə qarşı heç bir mövqe nümayiş etdirməyib. 
Xüsusilə Afşin və Kobali bölgələrində Əsədə bağlı qüvvələr PKK ilə açıq-aşkar əməkdaşlıq edir. Bu Əsəd rejiminin dolayı yolla Türkiyəyə qarşı formalaşdırmaq istədiyi təzyiq mexanizmlərindən biridir. Bu mexanizmi PKK vasitəsilə həyata keçirmək istəyirlər. Amma Türkiyəyə qarşı təhdidedici situasiya yaranarsa, və yaxud orada PKK-nın iştirakı ilə hər hansı qurum formalaşdırılarsa, Suriyaya hərbi müdaxilə qaçılmaz olacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs